Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20098
az

Nazirlik Kəmaləddin Heydərovun şirkətini məhkəməyə verdi

12:3221 Noyabr, 2019
556
  • A
Ekologiya və Təbii Sərvətlər Nazirlliyi Xəzər dənizini çirkləndirən şirkət və istirahət mərkəzlərini məhkəməyə verib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, nazirlik Xəzərin çirkləndirilməsindən məsuliyyət daşıyanların qanun çərçivəsində cəzalandırılmasını tələb edir.

Nazirliyin "qara siyahı"sına düşən istirahət mərkəzlərindən biri də “Jalə”dir.

Qeyd edək ki, “Jalə” istirahət mərkəzi “Gilan Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin tərkibinə daxildir. Nazirlik məhkəmədə iddia qaldırıb ki, “Jalə” istirahət mərkəzi vurduğu ziyana görə cərimələnsin və fəaliyyətini dayandırsın.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən məhkəmə keçirilib. İşə hakim Vəfa Əzizovanın sədrliyi ilə baxılıb və dünən qərar elan olunub. Qərarda qeyd olunub ki, iddia ərizəsi noyabrın 13-də daxil olub.

Lakin qanunvericiliyə görə, iqtisadi mübahisələr üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Buna görə də məhkəmə nazirliyin sənədlərini geri qaytarıb və əlavə olunub ki, iddia ərizəsi elektron qaydada verildikdə, məhkəmədə baxılması mümkün olacaq.

Xatırladaq ki, bir müddət əvvəl Ətraf Mühitin Mühafizəsi Departamentinin və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının atılması, qalaqlanması, çirkab suların dənizə axıdılması hallarının qarşısının alınması məqsədilə birgə reyd keçirilib.

Reyd zamanı Xaçmaz rayonu Müqtədir-Nabran zonasında fəaliyyət göstərən istirahət mərkəzlərində, ictimai-iaşə obyektlərində formalaşan məişət tullantılarının və çirkab suların qanunvericiliyə uyğun qaydada idarə olunmadığı müəyyən edilib.

“Bulaq”, “Üç qardaş”, “Green ville”, “Panorama”, “Əlincə”, “Raduqa”, “Çıraq qala” və “Venesiya” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, “Təbib”, “Sunset”, “Elay”, “Jalə” istirahət mərkəzlərində və “Panorama” restoranında formalaşan məişət-çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub.

Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 9400 manat məbləğində cərimə ediliblər. Nöqsanların aradan qaldırılması məqsədilə obyekt sahiblərinə icrası məcburi olan müddətli “məcburi göstəriş”lər verilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir