Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20065
az

Polis bu şəxsi Bakıda tutdu, əhaliyə müraciət edildi

13:0020 Noyabr, 2019
797
  • A
 
Nəsimi rayonu M.Qaşqay küçəsi, ev 20 ünvanında yaşlı qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a  verilən məlumata görə,  Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən zərərçəkən binanın girişində ona naməlum şəxsin hücum etdiyini, zorakılıq hərəkətləri ilə əlindəki içərisində 3200 manat, şəxsi sənədlər, bank kartları və bir ədəd “Samsung” markalı mobil telefon olan çantanı talayıb qaçmaqla quldurluq cinayəti törətdiyini bildirib. Bakı şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Mirzə Əliyev saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırma zamanı saxlanılan şəxsin qeyd edilən hadisədən bir neçə ay əvvəl zərərçəkən qadına qarşı başqa cinayət törətdiyi də müəyyən edilib. Belə ki, Mirzə Əliyev bu il sentyabrın 13-də həmin qadın Nəsimi rayonundakı marketlərdən birindən çıxarkən ona əlində olan paketləri daşımağa kömək etmək adı ilə yaxınlaşıb. Paketləri evə qaldırandan sonra zərərçəkən qadın Mirzə Əliyevə su gətirmək üçün mətbəxə keçən zaman o, xanımın içərisində 2350 manat olan çantasını oğurlayaraq hadisə yerindən qaçıb.

Sonuncu dəfə isə qadını bankomatdan pul çıxaran zaman görən Mirzə Əliyev onu təqib edərək binanın girişində ona hücum edib.

Qeyd edək ki, Mirzə Əliyev barəsində Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 1771. (oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama ) və 181.2.2 (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın, təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda əməliyyat: 60 nəfər saxlanıldı