Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb.
APA-nın məlumatına görə, dünən gecə saatlarında Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Zaur Orucov arvadı Nuranə Orucovanın yaşadığı mənzilinin yataq otağının pəncərəsindən daxil olaraq qadının ondan boşanmaq istəməsi səbəbindən üstündə gətirdiyi bıçaqla 8 zərbə vurub. Qadın Gəncə şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
{banner_reklam}
Oxu24.com
ŞƏRHLƏR