Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19881
az

Bakıda gəlinin başını divara çırpdılar - TOYDAN 10 GÜN SONRA - TƏFƏRRÜAT

16:0615 Noyabr, 2019
1712
  • A
 Ailə həyatı qurduğu qadını 10 gün sonra döyərək ağır xəsarət yetirməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O deyir ki, arvadını söyüş söydüyünə görə döyüb. Amma qarşı tərəf bunu inkar edir.

Oxu24.com  musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Nuru Salahovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Nuru Salahov ailə münaqişəsi zəminində həyat yoldaşı Lalə Şahbazzadəni yaşadıqları mənzildə döyüb. Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılıb.

Törətdiyi əmələ görə Nuru Salahov qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Nuru Salahov özünü qismən təqsirli bilib.

O deyib ki, hadisə 2017-ci ildə ailə həyatı qurandan cəmi 10 gün sonra baş verib:

"Mən 40 yaşıma qədər evlənmədim. Ailəmin təkidi ilə, nəhayət, 40 yaşımda ailə həyatı qurdum. Bu hadisə də toydan 10 gün sonra baş verib.

Səbəb də məndən asılı olmayıb. Toydan sonra mənə qarşı münasibəti dəyişdi. Mənimlə kobud danışmağa başladı. Həmin gün elə oldu ki, söyüş də söydü. Mən də özümü itirdim və əlim açıldı. Bir neçə sillə vurdum. Nə təpik, nə də yumruq vurmuşam".

Məlum olub ki, Lalənin həmin zaman başı divara çırpılıb və ağır xəsarət alıb.

Nuru Salahov bunu belə izah edib: "Bilmədim, indi də başa düşə bilmirəm. Mən onun başını divara çırpdığımı xatırlamıram. Hadisədən sonra çıxdım çölə. Bir neçə siqaret çəkəndən sonra evə qayıtdım. Özümü sakitləşdirdim, nə baş verdiyini anlaya bilmirdim. Elədiyim hərəkətdən çox peşman idim.

Sonra Lalənin səhhəti pisləşdi. Onu xəstəxanaya apardım. Özəl klinikaya aparmışdım ki, yaxşı müalicə olunsun. Sonra dedilər ki, bilərəkdən dövlət xəstəxanasına aparmamısan. Guya hadisəni gizlətmək istəmişəm. Həmin ərəfədə anası, dayısı gəldi. Söhbət elədik ki, nə olubsa, mənim səhvimdir. Bütün xərci özüm çəkdim, onun yanında özüm qaldım. Bir neçə gün reanimasiyada qalandan sonra səhhəti düzəldi. Çıxıb evə qayıtdıq. Biz bu məsələni öz aramızda həll edəcəkdik. Amma onun anasının və mənim anamın dedikləri bizim münasibətləri korladı. Bir neçə aydan sonra İsmayıllıya atamın ad gününə getdik. Mən ordan qayıdandan sonra anası gəlib Laləni aparıb. Mən dəfələrlə Laləyə zəng elədim. Onunla danışıb, barışmaq istədim. Səhvimə görə üzr istəyib, evimizə qayıtmasını istədim. Amma anası buna imkan vermirdi. İndi də Lalə ilə danışa, söhbət edə bilirəm".

Hakimin izahatından məlum olub ki, hadisənin danışılmayan gizli məqamları var. Belə ki, Nuru arvadını döydükdən sonra onu xəstəxanaya aparıb. Xəstəxanadan hadisə barədə polisə məlumat verilib.

Xəstəxanaya gələn polis əməkdaşları Nuru Salahovu dindirib. Nuru həmin vaxt polisə deyib ki, arvadı ilə gəzmək üçün dama çıxıblar. Orada gəzərkən Lalə yıxılıb. Nuru polisə bildirib ki, Laləni qucağına alaraq evə gətirmək istəyib. Həmin vaxt Lalə qucağından düşüb və yenə də xəsarət alıb.

Lalənin səhhəti düzələndən sonra o da eyni məzmunlu ifadə verib. Polisə yıxıldığını deyib. Lakin sonradan münasibətlər korlanıb və Lalə anasının təkidi ilə şikayət edib.

Məhkəmədə ifadə verən Lalə deyib ki, ailə münasibətləri cəmi 40 gün içərisində korlanıb: "Mən ailə həyatı quranda Azərin əsl yaşını bilmirdim. Hətta evlənəndən sonra onun adının Nuru olduğunu bildim. Bizim rəsmi nigahımız yoxdur. Mən ona söyüş söyməmişəm. Hansı gəlin 20 gün sonra söyüş söyər? Mən onun içki içdiyini bilmirdim. Toydan sonra bildim ki, içki içir. Evə gec gəlirdi, məni döyürdü. İçkili vəziyyətdə gəlib deyirdi ki, dur oynayaq. Mən bunu qəbul edə bilmirdim. O məndən 20 yaşa qədər böyükdür. Dəfələrlə münbahisəmiz oldu. Axırıncı dəfə də məni döydü. Sonra da mənə dedi ki, şikayət etməyək. Mən bir müddət müalicə aldım. Heç bir səbəb olmadan mübahisə edirdi. Axırıncı dəfə də onun köynəyini divanın üstünə qoymuşdum. Dedi ki, niyə qatlamamısan? Mən də hirsləndim ki, belə mənasız söhbətə görə niyə mənə qışqırırsan? Başladı məni döyməyə. Dedim ki, başımdan vurma. Belimə, bədənimə zərbələr endirdi. İndi də belimdən müalicə alıram. Özləri də məni bir neçə dəfə həkimə aparıb. Axırda elə oldu ki, anam şikayət etməyimizi istədi. Çünki söz-söhbət, dava-dalaş bitmirdi".

Lalə Şahbazzadə məhkəməyə mülki iddia verib. O bildirib ki, 15 min manat maddi ziyan, mənəvi ziyanın əvəzi olaraq isə 10 min manat tələb edir.

Məhkəmədə məlum olub ki, Lalənin anası barışıq üçün Nuru Salahovdan 20 min manat tələb edir.

Nuru Salahov deyir ki, həmin məbləği verməyi mümkünsüzdür:

"Lalənin anası bilir ki, məndə o qədər pul yoxdur. Heç ona yaxın pul da yoxdur. Heç bir razılıqları, kredit şərtləri də yoxdur".

Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilən Nuru Salahov bir neçə gün polisdə saxlanıldığını da deyib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, tərəflər ailə həyatı qurduqdan sonra alınan qızılların taleyi də naməlumdur. Nuru Salahov deyir ki, qızılları Lalənin anası aparıb və bunu etiraf edir. Amma Lalə deyir ki, qızılları onlarda deyil.

Lalənin anası qızının döyüldükdən sonra aldığı xəsarərlərə görə gələ də müalicə olunduğunu deyir. Bildirir ki, bu günə qədər və bundan sonra çəkəcəyi xərcləri tələb edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi