Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19711
az

\"Böyük Fırat\"ın Bakıda yaratdığı BÖYÜK TƏHLÜKƏ... - Bir daha LEŞ ƏTİ qalmaqalı haqda...

13:2311 Noyabr, 2019
1224
  • A
 “Leş Tofiq” həbs edilsə də, paytaxtda 1 manata satılan, onkoloji xəstəlik yayan ucuz ətin dönəri ayaq açıb. Vertikal.Az xəbər verir ki, neçə müddətdir cəmiyyət LEŞ ƏTİ AJİOTAJI ilə yaşayır. Bunun konkret olaraq restoran biznesinə zərbə vurduğu da məlumdur.
Əsas problem isə Bakıdakı restoranlarda hiss olunur. Müştərilər haqlı olaraq yedikləri ətin mənşəyindən şübhə edirlər. Vertikal.Az-ın apardığı araşdırmalardan aydın olur ki, əsas problem yaşayan restoran şəbəkələrindən biri də Bakıdakı "BöyükFırat" restoranlar şəbəkəsidir.

Vertikal.Az bildirir ki, Bakıda satışda olan ucuz dönərlər yox, elə şübhəli olanı da məhz bahalı dönərlərdir. Çünki açıqlanan faktlardan da aydın olur ki, "Leş Tofiq" və onunla yanaşı digər ləş əti satan şəbəkə əsasən tanınmış restoran və şadlıq evləri ilə əməkdaşlıq edib və onlar piasaya külli miqdarda leş əti çıxarıblar ki, həmin ətin də "əridilməsi" yalnız iri obyektlər tərəfindən mümkündür.

***

Dönərin mədə-bağırsaq, xərçəng və s. xəstəlikləri yaratdığı barədə gecə-gündüz təbliğat, maarifləndirmə işləri aparılsa da, dönərxanaların sayı durmadan artır.

Xatırladaq ki, hətta Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bir neçə gün əvvəl mətbuata açıqlamasında demişdi ki, dönərxanalarda leş ətdən istifadə halları var: “Dönərin təhlükəli tərəfi odur ki, ön hissə qızarır, ancaq içəri hissəyə isti çox gec keçir. Bu zaman da içərinin qanlı suyu aşağı təbəqələrə axır. Heyvan xəstəliklərini özündə daşıyan həmin su ətə qarışır və istehlakçıya verilir. Ancaq ət dondurmadan keçiriləndə həmin xəstəliklər yox olur. Yaxşı haldır ki, bu yaxınlarda leş mafiyası ifşa edilərək tutuldu. Azad İstehlakçılar Birliyi də 22 ildir ki, bununla mübarizə aparır. Leş mafiyasının əti təbii ki, dönərxanalara da gedib çatırdı. 2006-cı ildə quş qripi olan vaxtı, Səhiyyə Nazirliyi, ümumiyyətlə, toyuq əti dönərini qadağan etdi. Ancaq yenə dondurmadan keçən toyuq ətləri də dönər olaraq satılır”.

Eyyub Hüseynov leş əti biznesi ilə məşğul olanların AQTA-nı aldatdığını vurğulayaraq, ciddi monitorinqlərin lazım olduğunu deyib: “Leş əti satan şəxslərin də AQTA-dan sertifikatı var. Onlar agentliyə yaxşı əməllərini göstərirlər, ancaq arxada çirkin əməllərindən qalmırlar. AQTA-nın əli hər yerə çatır. Çox ciddi monitorinqlər aparmalıdır. Ancaq təəssüf ki, həmin şəxslərdə də agentliyin sertifikatı var”.

Mütəxəssislərin fikrincə, dönər bıçağının tez-tez itilənməsi insan sağlamlığına zərər verən əsas şərtlərdən biridir. Dönər bıçaqları adətən poladdan olur. İtiləndikdə isə onun üstündə polad qırıntıları toz şəklində qalır. Fikir versəniz, görərsiniz ki, dönər bıçaqları itiləndikdən sonra yuyulmur və ət kəsməyə davam edir. Bu, çox böyük təhlükədir. Dönərin hazırlanmasına 1 çay qaşığı duz əlavə olunur. Amma həmin duz yodlaşdırılmamış olur. Bu, insan həyatı üçün çox təhlükəlidir. Amma dönərin hazırlanma prosesində təhlükəli duz məhlulundan istifadə halları geniş yayılıb. Kəklik otu və ya digər ədviyyatlar isə köhnə ətin dadını hiss etdirməmək üçün istifadə edilir.

Əgər sağlam heyvan ətləri istifadə edilməsə, o zaman bunların içində askarid və digər qurd yumurtaları olur. Askarid qurdunun yumurtası müəyyən istiliyə davamlıdır. Onlar 100 dərəcə istilikdən bir qədər yuxarı istilikdə ölürlər. Bir sözlə, dönər çiy olarsa, askarid yumurtası daşıyır. Çox bişərsə, qızarar və ya yanarsa, o zaman kanserogen yaradır. Filtrli dönər bişirmə aparatlarından istifadə olunmalı və hissələri asanlıqla təmizlənməlidir.

Dönər bişirmə aparatları üzərində sorucu ventilyasiya qurğusu quraşdırılmalıdır. Onu da yada salaq ki, Avropa İttifaqı (Aİ) dönər və şaurma məhsullarının tərkibinə qatılan fosfatların insan sağlamlığına ziyan vurması səbəbindən onların satışına qadağa qoyacaq. Aİ-nin araşdırmaları sübut edib ki, bu fosfatlar ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur.

Vertikal.Az bildirir ki, bütün bu faktlar əslində Azərbaycandan külli miqdarda gəlir əldə edən və sağlamlığımızı risq altında qoyanların, habelə "Boyük Fırat" restoranlar şəbəkəsinin hansı dərəcədə təhlükəli işlə məşğul olmalarından xəbər verir.

Araşdırmalarımız davam edir. İddia olunanlarla bağlı Vertikal.Az saytı olaraq qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq... Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı
Borcu ödəməmək üçün tanışını öldürdü
Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı