Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19639
az

Azərbaycanda şok! Küçənin ortasında qızın başı kəsildi

14:4408 Noyabr, 2019
4202
  • A

 
Bakı şəhərində azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Oxu24.com-a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib.

İdarədən qeyd edilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.

Qeyd edək ki, hadisənin Şəmkirdə  baş  verməsi iddia olunur.  Sosial şəbəkədə 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də atasının sifarişi ilə əmisi tərəfindən başı kəsildiyi məlumatı yayılıb.

Hadisənin 18+ videosunu  təqdim  edirik:

Bu gün bəzi internet resurslarında Şəmkirdə 8-ci sinif şagirdinin hamilə olduğu üçün Rusiyada yaşayan atasının sifarişi ilə boğazının kəsilməsi ilə bağlı informasiyalar və videolar yayılıb.

Bununla bağlı Sonxeber.az-a danışan Azərbaycan Uşaqlar Birliyinin sədri, hüquq müdafiəçisi Kəmalə Ağazadə bildirib ki, müxtəlif saytlardan bu video bizə də göndərildi: "Daha çox "İnstaqram"da paylaşılan informasiyalar idi. Mən dərhal Şəmkir rayonundakı mərkəzimizlə əlaqə saxladım. Onlar belə bir hadisənin olmadığını söylədilər. Mən paralel olarak Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi əlaqə saxladım. Ümumiyyətlə, bu günlərdə belə bir hadisə baş verməyib. Araşdırmamıza görə bu bir neçə il bundan öncə çəkilən videodur. Bu hadisənin Şəmkirdə olması təsdiqini tapmayıb. Ümumiyyətlə bu hadisənin harada baş verməsindən asılı olmayaraq, onu bu gün yaymaqda məqsəd hansısa bir təxribatı törətməkdir. Sadəcə mən üzülürəm ki, ölkənin tanınmış saytları məlumatı araşdırmadan, dəqiqliyini araşdırmadan dərhal paylaşırlar".

Kəmalə Ağazadə vurğulayıb ki, bu videolar insanların şüuruna çox pis təsir edir: "Heç kim bunu anlamaq istəmir. Sadacə öz reklamları üçün bu cür məlumatları yayırlar. İnsanlara rəhmləri gəlsin. Belə bir hadisə bu günlərdə baş verməyib. Bu köhnə materialdır. Amma onun boğazının kəsilməsi, belə bir rəvayətin uydurulması faktı yoxdur. Qızın hamilə qalması məsələsi yalandır. Çox güman ki, bu məşiət zəminində baş verən qətldir. Hər nə olsa da, bəli, bu ağır cinayətdir. Amma bunu 8-ci sinif adı ilə bu cür xəbərlər yaymaq doğru deyil. Onsuz da qadınlarımıza qarşı çox böyük dirənişlər var. Nəyə görə azyaşlı qızlara qarşı bu cür ləkələr yaxırlar. Heç kim düşünmür ki, şüuraltı necə problemlər yaşanır. Bu yazılarla ata və qardaşlarda öz bacılarına, qızlarına qarşı inamsızlıq formalaşdırılır. Bunu anlamaq bu qədərmi çətindir?! Mən düşünürəm ki, bu cür xəbərlərin yayılmasında hansısa bir təxribat var".


Həmçinin oxu:  Azərbaycanlı müğənninin oteldə biabırçı videosu: Alt paltarında...+VİDEO

Filin bədəninə batırılmış oxlar belə çıxarıldı— Maraqlı kadrlar

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxunub - FOTO