Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19415
az

Konor Həbibi döyümək üçün Rusiyaya getdi: Böyük skandal yarandı

09:3925 Oktyabr, 2019
2834
  • A
 

{banner_reklam}

Dağıstanlı əlbəyaca döyüş ustası, dünya çempionu titulunu qoruyub saxlayan Həbib Nurməhəmmədovun qatı düşməni, irlandiyalı Konor Makqreqor onun dalınca Moskvaya gəlib və dağıstanlıları "qorxaq" adlandırıb. Habelə Həbibin ünvanına təhqirqamiz ifadələr səsləndirib.

Oxu24.com  Virtualaz.org-a istinadən xəbər verir ki, Makqreqor ötən gün Moskvada "Ritz-Karlton" otelində mətbuat konfransı keçirib. Həmin mətbuat konfransında Həbibin də iştirakı elan edilmişdi, amma dağıstanlı döyüşçü irlandiyalı düşməni ilə üzləşmək istəməyib.

Makqreqor deyib ki, Həbib onunla Moskvada döyüşməkdən qorxur. "O, ancaq qalib gələ bildikləri ilə döyüşür. Biz hamımız bilirik ki, dağıstanlılar kimdir. Onlar qorxaqdırlar, qaçandırlar. Ruslardan da qorxurlar, çeçenlərdən də. Həbib də belədir. Bu, onun təbiətindədir. O, burada, Moskvada mətbuat konfransı keçirməkdən qorxub qaçdı",-irlandiyalı döyüşçü ötən il onu məğlub etmiş Həbibin dalınca deyib.

Makqreqor bildirib ki, Həbiblə məsələni belə qoymayacaq. Yenidən oktaqona qayıdacaq və onunla döyüşəcək.

 
{banner_reklam1}

İrlandiyalı döyüşçünün bu açıqlamalarından sonra dağıstanlılar onun qaldığı "Ritz-Karlton" otelini mühasirəyə alıblar. Müvafiq video sosial şəbəkələrdə yayılıb. Kadrlara əsasən otelin ətrafında onlarla adam toplaşıb, yaxınlıqda isə OMON növbə çəkir.

"Bu gün Konorun müraciətini gördük, deyir ki, dağıstanlılar ondan qorxur. Biz gəlmişik, otel işçiləri onun burada olduğunu gizlətməyə çalışır. Amma biz burada oturacağıq və o, aşağı düşənə qədər gözləyəcəyik",-Nurməhəmmədovun tərəfdarlarından biri deyib.

Həbib özü hələlik düşməninin hücumlarına cavab verməyib. Amma onun atası və məşqçisi Abdulmanap bildirib ki, Konor Moskvaya döyüşmək üçün gəlsə oğlu onu yenə döyəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO