Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
19379
az

Məktəb direktoruna şok cəza verildi

12:2124 Oktyabr, 2019
1885
  • A
{banner_reklam}

Səbail rayon Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi başa çatıb.

APA-nın məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə direktorun vəkili Sadiq Bağırov çıxış edərək ittihamları qəbul etmədikləri bildirib və həmçinin qaldırılmış mülki iddianın təmin edilməməsini istəyib: "Nə istintaq dövründə nə də məhkəmədə müvəkkilim barəsində verilən ittihamlar öz təsdiqini tapmayıb. Bu səbəbdən Sevinc Abbasova badəsində bəraət hökmünün çıxarılmasını tələb edirik".

Daha sonra Sevinc Abbasova son sözlə çıxış edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib: "25 ildir müəlliməyəm. Məktəb də, universitetdə dərs demişəm. Həmişə işimə məsuliyyətlə yanaşmışam. Test imtahanı ilə direktorluğa qəbul olmuşam. 625 namizəd içində ilkin direktor təyin olunan 12 direktordan biriyəm. Direktor olduğum 3 il ərzində məktəbin nəticələrində xeyli irəliləmə olub. İşimdə heç zaman səhlənkar olmamışam. İttihamların heç birini qəbul etmirəm".

Məhkəmədə hökm oxunub.

Hökmə əsasən, Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya yaşadığı evdən 23:00-dan 07:00-a qədər çıxmaq qadağan olunub və o elektron qolbaq taxacaq.

Mülki iddiadan 18 min manat direktordan tutularaq Elinanın anasına ödəniləcək.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib.


{banner_reklam1} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir