‡агрузка...

Bakı polisi Əli Kərimlinin xəsarəti haqda açıqlama yaydı

loading...
 
"Metronun «28 May» stansiyasının önündə keçirilən mitinqə cəhdin qarşısı alınarkən polis tərəfindən saxlanılmış həmin qanunsuz aksiyanın iştirakçıları arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də olub".

Oxu24.com  xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi növbəti açıqlama yayıb.

Qurumun məlumatına görə, o, barəsində müvafiq sənədləşmə aparılması üçün avtobusa əyləşdirilərkən polis əməkdaşlarına müqavimət göstərib: "Bu zaman alın nahiyəsi avtomobilin dəmir barmaqlığına dəyərək yüngül xəsarət alıb. Əli Kərimli Daxili İşlər Nazirliyinin Hospitalına aparılıb, orada ona tibbi yardım göstərilib və izahatı alındıqdan sonra buraxılıb".

Xatırladaq ki, Əli Kərimli azadlığa buraxılan kimi verdiyi açıqlamada döyüldüyünü bəyan edib. Qeyd edib ki, avtobusa daxil olandan sonra qoluna qandal vurub, yerə yıxıb kamera qarşısında döyüblər:

 "Bu döymək deyildi, öldürmək idi... DİN-in hospitalına apardılar. Başıma 6 tikiş qoyulub. Tez-tez təkrar etmək istəmirəm. Amma yenə deyirəm canım fəda olsun bu millətin azadlığına. Amma mən bu yolda öldükdən sonra bunu bu hakimiyyətə bağışlasanız haqqımı halal etməyəcəm!".
loading...




Paylaş:


20-okt, 2019 353
Загрузка...

loading...