Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18501
az

Bir qızın iki sevgilisindən DƏHŞƏTLİ ƏMƏL: gecə saat ikidə görüşdülər və... - Azərbaycanda

19:0001 Oktyabr, 2019
962
  • A
 

Bakıda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini, 1990-cı il təvəllüdlü Azər Mahmudlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Azər Mahmudlu Mingəçevir şəhərində anadan olsa da, yetkinlik yaşına çatandan sonra paytaxta köçüb. Ali məktəblərdən birini bitirən Azər Mahmudlu paytaxtın Yasamal rayonunda yaşayıb. O, son illər işsiz olub və bir neçə sosial şəbəkələrdə gününü keçirməyə başlayıb.

Sosial şəbəkədə tanışlıq

İstintaq sənədlərinə görə, günlərin birndə "Facebook" sosial şəbəkəsində Təranə Əliyeva (ad və soyad şərti göstərilib – red.) tanış olub. O, Təranəyə sevgi mesajları göndərməyə başlayıb.

Azər Mahmudlunun bu hərəkətlərindən Təranə Əliyevanın sevgi münasibətində olduğu Timur Əlibalayev xəbər tutub. O, 3 iyul 2017-ci il tarixdə Azər Mahmudlu ilə əlaqə saxlayıb.

Bir qızın iki sevgilisi

Timur Əlibalayev Azər Mahmudluya sevgilisinə mesaj göndərilməsini təhqir hesab edib, "Facebook" sosial şəbəkəsi vasitəsilə onun özünün və ailəsinin ünvanına nalayiq ifadələr işlədib.

Bundan əsəbiləşən Azər Mahmudlu Timur Əlibalayevdən qisas almaq niyyətilə onu öldürmək qərarına gəlib. Azər Mahmudlu Timura görüşə tək gəlməsi barədə nalayiq məzmunlu mesaj göndərib.

Dava

Daha sonra Azər Mahmudlu bıçaqla silahlanıb və 4 iyul 2017-ci il tarixdə, gecə saat 2 radələrində Timur Əlibalayevlə razılaşdıqları Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 37 ünvanının qarşısına gəlib.

O, Timur Əlibalayevdən əvvəl gələrək yerdə qoyulmuş karton kağızların üzərində oturub, bıçağı isə karton kağızının altında gizlədib. Orada Timur Əlibalayevi gözləyib.

Bir qədər sonra Timur Əlibalayev həmin yerə gəlib. O, Azər Mahmudlunun oturduğu yerin yanında karton altında bıçaq gizlətdiyini görüb.

Bu səbəbdən Timur Əlibalayev onun yanında oturmayıb. O, Azər Mahmudluya həmin vaxt təpik və yumruqla zərbələr vurub.

{banner_reklam1}

Qətlə cəhd

Bu zaman Azər Mahmudlu karton altında gizlətdiyi bıçağı götürərək Timur Əlibalayevin döş qəfəsinə bir neçə xəsarət yetirib.

Daha sonra Azər Mahmudlu Timur Əlibalayevin yerə yıxılmasını görüb və onun öldüyünü zənn edibərək hadisə yerindən qaçıb.

Lakin Timur Əlibalayev hadisə yerinə gəldiyi “Azsamand” markalı avtomobilin sürücüsü tərəfindən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. Ona həkimlər tərəfindən cərrahi əməliyyatlar aparılaraq həyatı xilas olunub.

Cəza

İstintaq orqanı tərəfindən Azər Mahmudlunun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə Azər Mahmudlu 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Azər Mahmudlu apelyasiya şikayəti verib. O, barəsində olan həbs cəzasının başqa cəza növü ilə əvəz olunmasını istəyib.

Məhkumun şikayəti və xahişi

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Azər Mahmudlunun şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Azər Mahmudlu kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim İmran Hacıqayıbovun sədrliyilə kasasiya şikayətinin araşdırması başlanıb. Araşdırma aparılan zaman məhkum cəza çəkdiyi müəssisədən hakimə məktub göndərib.

Azər Mahmudlu kasasiya şikayətinə baxılmasından imtina etdiyi, şikayəti üzrə araşdırmanın dayandırılmasını xahiş edib. Məhkumun xahişi nəzərə alınıb və şikayət baxılmamış saxlanılıb.

{banner_reklam1}

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı