Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
18074
az

Çoban Vilayət Eyvazovdan kömək istədi: Qobustanda nə baş verir?

12:0619 Sentyabr, 2019
1109
  • A
 
Qobustan rayonunda  çobanlıq edən  şəxsin evindən oğurluq edilib.

Oxu24.com xəbər verir ki, rayonun Təklə-Mirzəbala kəndində yaşayan Ağayev Akif Abış oğlunun evindən 634 manat pul və əşyalar oğurlanıb. Bununla bağlı saytımıza Akif Ağayev şikayət ərizəsi ünvanlayıb. O, ərizəsində bildirib ki, polis işi düzgün araşdırmır.Əksinə onlara qraşı ciddi təyziqlər var.

Akif Ağayevin saytımıza göndərdiyi şikayət ərizəsini qismən redaktə ilə təqdim edirik:

" Təklə-Mirzəbala kəndində 5 sot torpaqda tikdiyim evdə  ailə üzvüm olan kiçik oğlum Sadiq Ağayev həyat yoldaşıilə  yaşayır. Sadiq qonşu Çuxanlı kəndindəki kafedə və yanındakı avtoyuma  məntəqəsində işləyir. Mən  isə ailəmi  dolandırmaq üçün mövsümlə əlaqədar Sabirabad rayonu ərazisində  çobanlıq  edirəm. Sentyabrın 9-da ( 2019)  oğlum  Sadiq yaşadığı evdə oğurluq hadisəsi baş vermiş, evdən 634 manat pul, 1 ədəd mis su səhəngi, 4 ədəd xalça oğurlanmışdır. Hadisə barəsində oğlum polisə şikayət vermiş, sentyabrın 17-də də 102 xidmətinə zəng edib polisin işə soyuq yanaşmasından şikayət  etmişdir. Bu arada  şübhəli şəxs kimi polis Nurlan Dəmirovdan və Ariz Hüseynovdan  izahat almışdır. Qalan əsas cinayəti törətməkdə şübhəli bildiyimiz Müslümov Aydın Müseyib oğlu isə hələki polisə gətirmirlər. Lakin  Nurlanın anası və atası bizə gəlib xahiş etdilər ki, nəyiniz oğurlanıbsa hamısını biz ödəyərik, təki gedib şikayətinizi polisdən götürəsiniz. Onlar bizdən həm polis şöbəsində, həm də evimizə gəlib yerli bələdiyyə sədri Natiq Babayevin yanında xahiş etdilər.həm də qeyd etdilər ki, oğulları hadisə vaxtı evdə yox, çöldə olubdur.Eləcə də Arizin atası Hüseynov Pənah da bizə gəlib əvvəlcə şikayəti geri götürməyi xahiş etdi. Biz cavab verdik ki, işi polis araşdırır. Artıq məsləyə polis baxır. Həmin gecə Arizin atası yenidən evimizə gəlib bizə hədə-qorxu gəldi ki, hadisəni özünüz törətmisiniz. Sizi həbs etdirəcəm. Xatırladım ki, Arizin atası Pənah narkotikə görə əvvəl həbs olunmuşdur. Elə oğlu Ariz də 1 il 6 ay müddətinə cinayət məsuliyyətinə cəlb olunmuşdur.
  Hadisə günü oğlum kafedə işlərkən müdiri( bələdiyyə sədri N.Babayev) ona zəng etmiş və demişdir ki, qazanc pulu saxla, yopala obyektin sahibinə pul verməliyik. Sadıq cavab vermişdir ki, pulu yığmışam evdədir. Həmin vaxt bu telefon söhbətini kafedı olan Nurlan və Ariz eşitmişlər.Elə bu söhbətdən sonra həmin gün axşam saat 21-də Sadiq, Nurlan və Ariz taksidə gəlib evimizin qabağında düşmüşlər. Sadiq evə gəlib, yoldaşını götürüb və qonşuya keçiblər. 1 saatdan sonra onlar evə qayıtdıqda  oğurluğun  baş  verdiyini  görmüşlər.
      İşi aparan Qobustan polisi Habilin işi açmaması bizi çox şübhələndirmişdir. Qeyd edim ki, son 2 ildə kəndimizdə 20-yə yaxın evdə oğurlular olmuş, lakin heç biri də açılmamışdır. Hazırda polisin əsas oğrunu işə cəlb etməməsinə görə hesab edirik ki, bu oğurluq da digəriləri kimi açılmayacaq. Ona görə də evlərində oğurluqlar olmuş bütün kənd sakinləri və qohumları hamısı polisin bacarıqsızlığından çox narazıdırlar və hətta istəyirlər ki, etiraz olaraq Qobustan-Şamaxı avtomobil yolunun Acıdərə hissəsini 30 dəqiqəlik kəssinlər.
     Polis Şöbəsində işlərin gedişi və oğrunun atası Pənahın sonradan polis şöbəsindən gəlib məni evdə arxayın hədələməsi onu deməyə əsas verir ki, bu iş açılmayacaq.  Ona görə də  çox hörmətli    nazir Vilayət  Eyvazovdan  xahişim  budur ki, Qobustan  polisindəki  vəziyyəti  nəzarətinə götürsün  və bizim şikayətimizi Şamaxı rayon Polis Şöbəsində baxılmasına göstəriş versin. Ailəmiz ümid edir ki, bu oğurluq işi yalnız cənab nazirin şəxsi nəzarətində olsa üzdə olan əsil oğrular tutula bilər.

Oxu24.com qeyd edir ki, bu bir vətəndaşın iddiasıdır.  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü