Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17950
az

Mingəçevirdə qan qusan uşağı həkimlər xilas edə bilmədilər — Səbəbi dəhşət doğurur

09:5116 Sentyabr, 2019
551
  • A
 
Uşağın valideynləri meyitin yarılmasına razı olmasalar da, ölüm səbəbinin araşdırılması üçün meyit Məhkəmə Tibbi Ekspertizasına təhvil verilib.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib. Xəstəxanada müalicə alan Yevlax rayon sakini, 2013-cü il təvəllüdlü Dəniz Vasif oğlu İsmayıllı dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Oxu24.com  xəbər verir ki, Sputnik Azərbaycan uşağın ölüm səbəbini araşdırmaq üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov ilə əlaqə saxlayıb.

K. Ələkbərov bildirib ki, Dəniz Vasif oğlu İsmayıllı dünən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. Amma xəstəxanaya çatdırıldıqda uşaq artıq keçinibmiş.

K. Ələkbərov bildirib ki, uşağın ölüm səbəbinin araşdırılması üçün meyit Məhkəmə Tibbi Ekspertizasına təhvil verilib:
"Uşaq xəstəxanaya gətirildikdə artıq ölmüşdü. Bəzən belə hallar olur ki, uşağı xilas etmək üçün onu ölüm ayağında xəstəxanaya çatdırırlar. Biz ölümün səbəbini bilmirik. Bunu Məhkəmə Tibbi Ekspertizası araşdıracaq. Amma xəstənin yaxınlarının bildirdiyinə görə, uşaq qan qusub. Bundan sonra ölüm hadisəsi baş verib. Uşağın valideynləri meyitin yarılmasına razı olmasalar da, ölüm səbəbinin araşdırılması üçün meyit Məhkəmə Tibbi Ekspertizasına təhvil verilib".

K. Ələkbərov deyib ki, uşaq Yevlax şəhərindən yox, Xaldan qəsəbəsindən xəstəxanaya gətirilib.

Xaldan qəsəbəsi İcra nümayəndəsinin müavini Aqşin Məmmədov bildirib ki, Dəniz Vasif oğlu İsmayıllı təxminən bir həftə öncə qəpik udub. Valideynləri onu vaxtında həkimə aparmayıblar Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO