Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17913
az

Kişi qadın tanışını diri-diri yandırdı - BAKIDA DƏHŞƏTLİ CİNAYƏT

13:3414 Sentyabr, 2019
737
  • A
 
Bakıda qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Qabil Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Oxu24.com  "ölkə.az"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il fevral ayında Nobel prospektindəki evlərdən birində baş verib. Məlumata görə, 33 yaşlı Qabil Tağıyev 41 yaşlı Rübabə Nuriyevanın üstünə kerosin töküb və ona od vurub.


Xoşbəxtlikdən qadının köməyinə yetişiblər və onu Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Plastik və Rekonstruktiv cərrahiyyə klinikasına çatdırıblar. Qadının başı, boynu və əlləri yanıb.

Hadisə yerindən qaçan Qabil Tağıyev isə bir gün sonra Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar zamanı onun zərərçəkmişin dostu olduğu, tüfeyli həyat tərzi keçirdiyi və cinayət baş verən zaman hər iki şəxsin sərxoş olduğu məlum olub.

Qabil Tağıyevə qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərərvurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO