‡агрузка...

Bakıda kişi 70 yaşlı arvadına görə ev sahibini baltaladı — TƏFƏRRÜAT

loading...
 
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Ruslan İlyasovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Ölkə.Az" xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ruslan İlyasov 18 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, hadisə bu ilin aprel ayında Mərdəkan qəsəbəsində yerləşən bağ evində baş verib. Məlumata görə, 46 yaşlı R.İlyasov bağban işlədiyi bağ evinin sahibi Musayev Sergey Anatolyeviçi qətlə yetirib. Cinayət aləti qismində oraq və baltadan istifadə olunduğu müəyyən edilib.

Hadisə yerini tərk edən R.İlyasov daha sonra polisə zəng edərək qətl törətdiyini, ən qısa zamanda öz xoşu ilə bölməyə gələrək təslim olacağını söyləyib. İstintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gələn zaman İlyasov orada olmayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan İlyasov dindirilən zaman Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb. O bildirib ki, Musayevin onun həyat yoldaşına gözü düşüb və ona sataşıb.

Hüquq-mühafizə orqanı əməkdaşları İlyasovun həyat yoldaşının 70-dən çox yaşının olduğu faktını nəzərə alaraq bu ifadənin inandırıcı səslənmədiyini bildiriblər. R.İlyasovla həyat yoldaşı arasında böyük yaş fərqi də suallar yaradıb.

R.İlyasova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
loading...




Paylaş:


12-sen, 2019 173
Загрузка...

loading...