Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1756
az

Sumqayıtda ağır qəza: Polis əməkdaşı yanıb öldü :

09:2115 May, 2018
2008
  • A

 Sumqayıt şəhəri ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Oxu24.com -un  APA-ya istinadən xəbərinə görə, Bakı-Quba-Rusiya avtomobil yolunun 32-ci km-də qeydə alınmış avtoqəza zamanı "Hyundai" və "Ford" markalı avtomobillər toqquşub.

Məlumata görə, Xızı rayon sakini, 1991-ci il təvəllüdlü Bəkirzadə Xəyyam Yusif oğlu idarə etdiyi "Hyundai" markalı avtomobillə paytaxt istiqamətində hərəkət edirmiş. Sərt və qaranlıq döngələrin birində onun avtomobili əks istiqamətdə gələn "Ford" markalı digər minik maşını ilə toqquşub.

Bundan sonra "Hyundai" markalı avtomobil alışaraq yanmağa başlayıb. Sürücü X.Bəkirzadə ətrafdakıların köməkliyi ilə yanan avtomobildən çıxarılsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub. "Ford"un sürücüsü və bir qadın sərnişin isə xəsarətlə Sumqayıt xəstəxanasına çatdırılıb.

Yol qəzası ilə bağlı istintaq araşdırmaları aparılır. Polis əməkdaşlarının verdiyi məlumata görə, dünyasını dəyişən X.Bəkirzadə Xızı Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşı imiş.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub

Yaşadığı hadisədən sonra insanlardan ÜZ ÇEVİRDİ

18+

Bakıda dəhşətli qətlin videosu yayılıb (18+)
Döyüşlərdən  VİDEO YAYILDI
Dırnaq göbələklərinin ilk əlamətlərini bilmək vacibdir
Bakıda DƏHŞƏT: Qızla dalaşan oğlan qazini öldürdü - ANBAAN VİDEO