Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1704
az

Oğuzda itkin düşmüş gənc ana Şəkidə tapıldı - FOTO

21:0913 May, 2018
1448
  • A
Oğuz rayonunda itkin düşmüş yerli sakin tapııb.

Oxu24.com "Report"a istinadən bildirir ki, mayın 6-da evdən çıxan və geri qayıtmayan 1995-ci il təvəllüdlü Nəbili Lalə Telman qızına Şəkidə rast gəlinib.

Qardaşı Sahib Nəbiyev "Report"a bildirib ki, bacısının tapılması barədə xəbəri ötən gün alıblar.

"Dünən onun sağ-salamat olması barədə xəbər gəldi. O, itkin düşdüyü 6 gün ərzində Şəki şəhərində olub. Orada əvvəllər kirayə yaşadığı evdə qalıb. İki gün xəstə olub və həmin evdə qalan ailə ona baxıb. İndi bacım müalicə olunur", - deyə o bildirib.

Lalə Nəbili 6 il əvvəl ailə quraraq rayonun Calut kəndinə köçüb. Qadın evdən sonuncu dəfə ata evinə getmək adı ilə çıxıb və onu qayınatası yola salıb. Lakin o, Aşağı Küngüt kəndinə deyil, birbaşa Şəki şəhərinə gedib. L.Nəbili Şəkidə tanıdığı bir qadına xəstə olduğu üçün evə qayıtmaq istəmədiyini bildirib. Bundan sonra naməlum istiqamətə gedib. Tanışları onu sonuncu dəfə Şəki bazarında görmüşdülər.

Qadın nadir rast gəlinən xəstəlikdən əziyyət çəkir. Kəskin ağrılarla müşahidə olunan xəstəlik nəticəsində Lalədə əsəb pozğunluğu da qeydə alınıb.

L.Nəbilinin 4 yaşlı qız övladı var.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu