Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16900
az

Ərin yandırdığı qadın xəstəxanada öldü

09:5419 Avqust, 2019
725
  • A
 
Əri tərəfindən yandırılan 24 yaşlı Mətanət Məsimova həkimlərin səyinə baxmayaraq, bu gün səhər saat 06:20-də aldığı xəsarətlərdən dünyasını dəyişib.

Səhiyyə Nazirliyindən Oxu24.com-a  daxil olan məlumata görə, qadın bədəninin 70 % (4 cü dərəcəli) yanığı ilə kritik vəziyyətdə 5 saylı xəstəxananın yanıq şöbəsinə çatdırımışdı.

Dərin nekrozlaşmış yanıq diaqnozu ilə xəstəxanaya çatdırılan 54 yaşlı Səltənət Məmmədovanın (Mətanət Məsimovanın anası) vəziyyəti də kritik olaraq qalıb. Həkimlərin bildirdiyimə görə o, həyati təhlükə altındadır.

Xatırladaq ki, hadisə ötən gün Şəmkirdə Sarıtəpə kəndində qeydə alınıb. M. Məsimova həyat yoldaşından boşanaraq 2 yaşlı övladı ilə atası evində qalırmış. Elə yanğını da Mətanətin boşandığı şəxs törədib. Belə ki, gecə saat 3 radələrində Dəllər Cəyir kənd sakini Elmar adlı şəxs benzinlə keçmiş arvadının yatdığı otağa daxil olub və evi yandırıb. Yanğın zamanı evdə olan 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu ölüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

3 nəfər ölüb -DİN
Bakıda dəhşət: Gənc qız özünü binadan atdı
SON DƏQIQƏ! Bakıda məşhur şair həbs olundu

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Şəhərin mərkəzində belə bıçaqlandı (18+VİDEO)
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir