Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16826
az

Yevlaxda xəstəxananın şöbə müdiri barəsində cinayət işi başlanıb, iş məhkəmədədir

14:4216 Avqust, 2019
475
  • A
 
Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Qədir Süleymanov barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib.

Hakim Ruslan Əlizadənin icraatında olan iş üzrə hazırlıq iclası avqustun 27-ə təyin edilib.

Q.Süleymanov Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Xatırladaq ki, Yevlax rayonunda icbari tibbi sığorta pilot layihə çərçivəsində tətbiq edilir və Yevlax rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət
Göygöldə iki bacı dəm qazından zəhərlənib
Bakıda zəncirvari qəza - Xəsarət alan var - FOTO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qazax sakini buna görə tutuldu