Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
16581
az

Qadın ərinə yuxu dərmanı verib başqası ilə yatırmış - Beyləqandakı intiharların təfərrüatı

20:0608 Avqust, 2019
892
  • A
 Bu günlərdə Beyləqan rayonunun Birinci Şahsevən kəndində baş vermiş faciənin təfərrüatı məlum olub.
Məlum olduğu kimi, iyulun 31-də sevgili cütlük – qadın aşpaz və kənd uşaq bağçasının gözətçisi intihar ediblər. Bundan başqa, aldadılmış ər arvadının xəyanət etdiyi ehtimal olunan başqa kişiyə bıçaq xəsarəti yetirib.
Xatırladaq ki, yerli sakin R.H. həyat yoldaşını başqa kişi – G.B. ilə tutub. Rüsvay olan qadın bundan sonra ata evinə qaçıb, lakin qohumları onun müdafiəsinə qalxmadığına görə intihar etmək qərarına gəlib. İki uşaq anası olan N.H. özünü asıb.

G.B. də Füzuli rayonunun Əhmədbəyli kəndi ərazisində özünü öldürüb.
Aldadılmış ər öyrənib ki, arvadı ona başqa kişi ilə - E.E. ilə də xəyanət edib. Kişi şübhəlini arvadı ilə sevgi əlaqələri saxlayarkən yaxalayıb və ona bir neçə bıçaq xəsarəti yetirib, o cümlədən qulağını kəsib. Sonra R.H. polisə könüllü təslim olub.  
Hələ 30 yaşı olmayan yaralı E.E. Mərkəzi Rayon Xəstəxnasına çatdırıldıqdan sonra əməliyyat olunub. Lakin həkimlər kəsilmiş qulağı bərpa edə bilməyiblər.
İlkin təhqiqat zamanı müəyyən edilib ki, qadın ərinin bərk yuxuya getməsi üçün onun yeməyinə yuxu dərmanı qatıb. Kişi yuxuya gedəndə isə N.H. kənd uşaq bağçasının gözətçisi G.B. ilə görüşə gedib.
Kənd sakini arvadını başqa kişi ilə tutduğu gecə yuxu dərmanı təsir etməyib. R.H. yuxudan oyanıb və arvadının yanında olmadığını görüb. O, arvadını axtarmağa gedəndə uşaq bağçasının binasının pəncərəsində işıq görüb. R.H. işığa tərəf gedəndə arvadını başqa kişi ilə tutub.
İntihar edən qadının mobil telefonundan intim xarakterli videogörüntülər aşkarlayıblar. Məlum olub ki, qadın əri ilə cinsi əlaqədə olmasını telefona çəkirmiş.
Hazırda faktla bağlı araşdırma davam edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

Xankəndidə doğulan ilk körpənin valideynləri Su Ehtiyatları Agentliyinin əməkdaşlarıdır

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanlar saxlanıldı