‡агрузка...

“Fikirləşdik, ağ günə çıxarıq” – İlk cinayətini 15 yaşında törədən məhkum

loading...
 
Azərbaycanda ilk cinayətini 15 yaşında törədən məhkum həbsxanada həyat hekayəsini danışıb.


Oxu24.com  xəbər verir ki, “Rezonans” proqramında bu dəfə məhkum Gülşad Ağasıyev həyatından danışılıb.

Gülşad Ağasıyev ümumilikdə 16 il həbsxana həyatı yaşayıb, hazırda 6 il müddətinə azadlıqdan məhrum edilib.


Orta təhsilli olduğunu deyən məhkum ailədə pis uşaq olmadığın bildirib:


"Bir az böyüdükdən sonra ağlım kəsmədi, cavanlara qoşuldum, cavanlıq etdim. Rahat yolla pul qazanmışam. İlk cinayətimi 15 yaşımda törətmişəm. Qonşumla davamız olub. Üstümdə gəzdirdiyim bıçaqla ona ürəyindən xəsarət yetirdim. Həmin adam öldü. O cinayətə görə 10 il cəza aldım, həbsxanada yatdım.



Bir çox yerdə işlədim, amma o pulla irəliləmək mümkün olmadı. Daha sonra bir qohumumla birgə oturub söhbət etdik, fikirləşdik bəlkə, belə ağ günə çıxarıq. Oğurluq etdiyimiz vaxt ərzində tutulacağımı fikirləşməmişdim, arxayınlıq var idi. Lakin ondan sonra 9 ay azadlıqda olduğum müddətdə hər dəqiqə tutulacağımı düşünürdüm. Oğurluq etdiyimiz evdə yaşayış yox idi. Yiyəsi Rusiyada yaşayırdı. Evin içində qiymətli əşyaların olduğunu bilirdik. Axşamüstü girəcəyimizi planlaşdırdıq. Getdik, hasardan həyətə aşdıq. Dəmir barmaqlıqları sındırıb evə girdik.


Evdə çox əşyalar vardı. Seçim etdik, nəyi götürə bilərik, nəyi yox. 1-2 əşya götürüb getdik. Kompüter, musiqi mərkəzi, videomaqnitafon və müəyyən məbləğdə pul götürdük. Sonra tutulacağımızdan qorxduq. Oğurladığımız əşyaları satıb, gəlib evi yandırdıq ki, əl izimiz qalmasın.


Arxa otaqları neftlə yandırdıq, qabaq otaqda isə qazı açıq qoyduq ki, güclü partlayış olsun, heç bir əl izi qalmasın. Əşyaları satdığımız adam bizim oğurluq etdiyimizi başa düşərək əşyaları polis bölməsinə təhvil verib. Evin yiyəsi də əşyaların onun olduğunu təsdiq etdikdən sonra bölməyə çağırıldıq. Cinayəti bizim törətdiyimiz sübuta yetirildi. Oğurladığımız pulla maşın almışdım. Həmin maşınla qəza keçirdim. Yataqda xəstə yatdım”.
loading...




Paylaş:


23-iyl, 2019 175
Loading...

loading...