Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15921
az

Keçmiş polis əməkdaşı həbs edildi - Rüşvətə təhrikə görə

10:1120 İyul, 2019
589
  • A
 
Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətə təhriketmə və dələduzluqda təqsirləndirilən Zakir Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu.Az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Z.Məmmədov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.



İttiham aktına əsasən, Z.Məmmədov Qaradağ Rayon Polis İdarəsində işləyən zaman tanışı, həmin zaman həbsdə olan Elvar Xəlilov ona zəng edib. E.Xəlilov zəng edərək həyat yoldaşından dörd min manat pulu götürərək onunla birgə aparıb Səbail Rayon Polis İdarəsinin sabiq müstəntiqi Vüqar Abbasova verməsini xahiş edib. Z.Məmmədov da onun xahişini yerinə yetirib.

Bir müddət keçəndən sonra V.Abbasov iş adamı, “Yeganə” şadlıq sarayının rəhbəri Akif Rəhimovun qəza törətmiş oğlu Rəhim Rəhimovun cinayət işi ilə bağlı vəzifəsindən kənarlaşdırılıb. Daha sonra o, ölkədən qaçıb.

E.Xəlilov həbsdən çıxandan sonra Z.Məmmədovdan hüquq-mühafizə orqanlarına şikayət edib.

Z.Məmmədovun barəsində dələduzluq və rüşvətə təhriketmə maddələri ilə cinayət işi başlanılıb. Məhkəmə qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

E.Xəlilov iş üzrə şahid qismində tanınır.

Xatırladaq ki, E.Xəlilov dələduzluqda təqsirləndirilən Səbail Rayon Polis İdarəsinin müstəntiqinin sabiq köməkçisi Enur Babayevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınır. Həmin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə araşdırılır. Bu iş üzrə iş adamı, “Yeganə” şadlıq sarayının rəhbəri A.Rəhimov da zərərçəkmiş qismində tanınır.

E.Babayev A.Rəhimovdan dələduzluq yolu ilə, ümumilikdə, 52 500 manat pul alıb. Həmin pulun qarşılığında isə o, A.Rəhimovun oğlu R.Rəhimovun törətdiyi ölümlə nəticələnən qəza ilə bağlı saxta rəy çıxaracağı vədi verib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO