Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15723
az

\"Lotu Quli\" \"Skype\"la ad verdiyi, heç vaxt həbsdə olmayan \"qanuni oğru\" kimdir? – KRİMİNAL DOSYE

18:0015 İyul, 2019
1066
  • A
 

Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, azərbaycanlı "kriminal generallar" iki cəbhəyə bölünüb. Birinci dəstə "Lotu Quli" ləqəbli Nadir Səlifovun ətrafında, ikincilər isə Nadir Səlifova qarşı koalisiyada olan "qanuni oğrular"dan ibarət dəstədə təmsil olunur.

Nadir Səlifovun ətrafında təmsil olunan qanuni oğrulardan biri də Rafət Əlibayramlinski kimi tanınan Rafət Əmirovdur.

Rafət Əmirov kimdir?

R. Əmirov 1979-cu ildə köhnə adıyla Əlibayramlı, indiki Şirvan şəhərində anadan olub. Doğulub böyüdüyü şəhər onu kriminal aləmə yaxınlaşdırıb.

Gənc yaşlarından cinayət aləmində adını tanıtmağa başlayıb və qısa müddət ərzində "Lotu Quli" kimi tanınan Nadir Səlifovun adamına çevrilib, onun Rusiyada və digər ölkələrdə tapşırıqlarını həyata keçirməyə başlayıb.
Bunun nəticəsi olaraq, Rafət "Lotu Quli"yə sədaqətinin bəhrəsi olaraq 2014-cü il avqust ayında kriminal generallar sırasına qoşulub.

Belə ki, həmin ilin yayında Türkiyədə "sxodka" keçirilib. Azərbaycanlı "qanuni oğru"lardan həmin sxodkada Arif Mehdiyev (Arif Sumqayitski), Yunus Nəzərov (Yunus Yasamalinski), Namiq Səlifov (Namiq Bakinski) və bir neçə gürcü oğru iştirak edib.

Həmin vaxtı Azərbaycanda həbsdə "Lotu Quli" sxodkaya "Skype" vasitəsi ilə qoşulub. Nadir Səlifov Rafət Əlibayramski və Ceyhun Gəncinskiyə "qanuni oğru" adı verib.

Zaman keçdikcə Ceyhun Gəncinskinin "Lotu Quli" ilə münasibətləri pisləşib və onun kurasiyasından aralanıb. Hazırda o, "Lotu Quli"yə qarşı olan dəstədə çıxış edir. Buna görə də "Lotu Quli" tərəfindən verilən addan 2015-ci ildə məhrum edilib.

Rafət Əlibayramlı daha sonra "Sakal" ləqəbli Ulan Toktosunov və "Maçviç" ləqəbli Mixail Çapizadzeyə "qanuni oğru" adı verilməsi ilə bağlı "sxodka"da iştirak edib.

Ceyhundan fərqli olaraq Rafət Nadir Səlifovun yanındadır. "Quli" həbsdən azad olunandan sonra onu Türkiyədə ilk ziyarət edənlərdən biridə məhz Rafətdir.

Rafətin qardaşı Rüfət Əmirovda "Lotu Quli"nin tərəfdarlarındandır, onun tapşırıqlarını icra etməkdədir.

Rüfət Əmirov ötən il Bakıda adam oğurluğu və silah saxlamaqla bağlı həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

XÜSUSİ QEYD: Rafət Əlibayramski digər "qanuni oğru"lardan fərqli olaraq həbsdə yatmayıb. Rafət adam oğurluğu, qətlə cəhd kimi maddələr üzrə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə axtarışa verilib.

Mənbənin bildirdiyinə görə, Rafət hər zaman ehtiyatı nəticəsində heç Polis Şöbəsində belə saxlanmayıb. (bakupost)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Alidə Kazımova qətlə yetirilib
Meyiti tapılan şəxs kim imiş?
Bakıda

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO