Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15711
az

Baş Prokurorluq TƏCİLİ MƏLUMAT yayıb

12:5715 İyul, 2019
926
  • A
 
Baş Prokurorluq Şəki Xan sarayında baş verən hadisə ilə bağlı məlumat yayıb.

Baş Prokurorluqdan Oxu24.com-a  verilən xəbərə görə, iyulun 14-də saat 12 radələrində Şəki “Xan Sarayı” abidəsinin ərazisində ağacın budaqlarının qəflətən qırılaraq insanların üzərinə düşməsi nəticəsində 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dərhal Şəki rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, onlardan 13 nəfərə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, digər 2 nəfərin Şəki RMX, 4 nəfərin isə Bakı MKX-da yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə intensiv müalicələri davam etdirilir.

Baş vermiş hadisə ilə əlaqədar rayon prokurorluğunun əməkdaşları, eləcə də aidiyyəti nazirliklərin mütəxəssisləri dərhal həmin ünvana gedərək, ilk növbədə xəsarət alan şəxslərin təcili-tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılması təmin edilib, hadisə yerinə baxış keçirilib, qırılmış budaqlardan nümunələr, habelə digər əhəmiyyət kəsb edən maddi sübutlar və izlər götürülüb, mütəxəssislərin ilkin rəyləri alınıb.

Aparımış ilkin araşdırmalarla müəyyən edilib ki, hündürlüyü 34 metr olan Xan çinarının 21 metr hündürlükdə yerləşən 0,5 metr diametrli budağı qəflətən qoparaq aşağıda - 17 metr hündürlükdə olan nisbətən kiçik diametrli budağı da qırıb, hər iki budaq insanların üzərinə düşüb.

Mütəxəssislərin ilkin rəyinə əsasən, budaqların qırılmasına səbəb əlverişsiz hava şəraiti olub. Belə ki, iyulun 12-dən başlayaraq saniyədə 8-12 metr olan küləklə müşaiyət olunan, xüsusilə iyulun 14-də səhər saatlarından başlayaraq 3 saat ərzində aylıq normanın 54% miqdarında (32 mm) aramsız yağış yağıb.

İlkin müayinələrə əsasən müəyyən edilib ki, qırılmış əsas budaq sağlam olub, qurumağa və hansısa fiziki təsirlərə məruz qalmayıb. Həmin budaqlarda virus və ya bakterioloji proseslərin gedib-getməməsinin müəyyən edilməsi üçün budaqlardan nümunələr götürülərək bioloji tədqiqatın keçirilməsi məqsədi ilə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri cəlb olunmaqla məhkəmə-bioloji və məhkəmə-trasoloji ekspertizaları təyin edilib. Ekspertizaların keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunub.

Hazırda araşdırmalar davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Pentaqonun UFO Ofisi bir ildə 700-dən çox hesabat aldı - The Hill

18+

Kuryer tələbə qızı zorlayıb (18+)
Paşinyan saqqalını qırxdı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR