Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15486
az

SON DƏQİQƏ!Gəncə hadisələrinə görə həbs edilən şəxs öldü

11:3310 İyul, 2019
1009
  • A
  
Ötən ilin iyul ayında Gəncə hadisələrinə görə həbs edilən şəxs həbsxanada vəfat edib.


Oxu24.com -un  Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, mədə xərçəngindən əziyyət çəkən Aydın Qurbanov Penitensiar Xidmətin Müalicə Müəssisəsində ölüb. Bu barədə onun yaxınları məlumat yayıblar.

İttihama görə, Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev “Makarov” tapançasını pul müqabilində Pərviz Bayramova və “Kalaşnikov” avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova verib. Aydın Qurbanovun gizlətdiyi silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduğu ünvanda axtarış aparılıb.

Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından “Kalaşnikov” avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça aşkar edilərək götürülüb. A.Qurbanov Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO