Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15440
az

Azərbaycanda dəhşətli qətl: İntim əlaqədə olduğu sələmçi qadına 17 bıçaq vurdu

15:2509 İyul, 2019
1669
  • A
  
Sələmçi qadının qətlə yetiirlməsi ilə bağlı təfərrüat məlum  olub. Belə  ki,  2018-ci ilin sentyabrın 13-də H.Z.Tağıyev qəsəbəsi  Səməd   Vurğun  küçəsində  yerləşən  yataqxanada  mətbəxtdə    Minayə  Həsənlinin  meyiti  tapılıb.

Oxu24.com xəbər verir ki, ARB telekanalında  yayımlanan  "kriminal"  verlişində  qətlin təfərrüatı və baş vermiş məkanın  görüntüləri  yayılıb. Qonşular  yataqxanadan  pis  qoxu  gəldiyini  hiss  ediblər. Bir  neçə  gündən  sonra  qoxunun  Minayənin  qaldığı  evdən  gəldiyini  hiss ediblər. Qonşular  qapını  qırıb  içəri  girdikdə  otaqda  çürümüş  qadın  meyitini  tapıb. Polisə  xəbər  veriblər. Polisin   araşdırması  zamanı  Sumqayıt şəhər   sakini   Rövşən  Məmmədov  şübhəli  şəxs  qismində  saxlanılıb. Müəyyən  olub  ki,R. Məmmədov  Novxanıda  bağda  içki  qəbul etdikdən  sonra  görüşmək  üçün  Minayə  Həsənovanın  evinə  gəlib. Mətbəxt  otağında  mübahisə  zamanı  Rövşən  Minayəyə  17  bıçaq vuraraq  öldürüb.

Araşdırma  zamanı  daha  bir  şok  fakt  üzə  çıxıb. Rövşən  Məmmədov  istintaq   verdiyi   ifadəsində  deyib ki, 1996-cı  ildə arvadını evdə yad kişi  ilə yataqda  tutduğu  üçün  onu  öldürüb.Tərətdiyi  qətldən  sonra istintaqdan yayınmaq üçün Rusiyaya  qaçıb. Lakin bir müddət sonra tutularaq Azərbaycana gətirilib. 1997-ci ildə 11 il müddətinə  həbs olunub.  Cəzasını çəkdikdən sonra  2008-ci ildə azadlığa çıxıb. 2012-ci ildə Gülşən Həsənova  adlı qadınla ailə həyatı qurub. O vaxtdan Tağıyevdə yerləşən yataqxanada yaşayıb. Həmin vaxt qonşuluqda olan sələmçi Minayə adlı qadınla tanış olub. Məlum olub ki, Minayə sələmə pul verdiyi üçün hamı ondan qorxurmuş. Rövşən  ondan pul götürüb, daha sonra qaytara bilməyib. Pulu qaytara bilmədiyi üçün Minayənin evini pulsuz təmir edib. Həmin vaxt onlar arasında bir neçə dəfə intim münasibətlər olub. Bu əlaqə Rövşənin ailəsinin dağılmasına səbəb olub. Ailəsindən ayrıldıqdan sonra Rövşən yenə Minayə ilə münasibətini davam etdirib. Sonuncu dəfə 2018-ci ilin sentyabrın 10-da qadının yaşadığı yataqxanaya gəlib. Qadın  onun içkili  olduğunu gördükdə əsəbləşib. Hər ikisi evə daxil olub. Minayə evdə əsəbiləşərək bıçağı götürərək Rövşəni evdən çıxmağa tələb edib. Bu zaman aralarında əlbəyaxa dava düşüb. Rövşən onu yerə yıxaraq 17 bıçaq vuraraq evdən qaçıb. Məhkəmənin hökmü ilə R. Məmmədov 14 il müddətinə azadlıqdan  məhrum   olunub.

Qətlin baş verdiyi ərazidən videonu və ətraflı  vidoenu təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

12 barmağı  uşaq dünyaya gəlib

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Pensiya alanların NƏZƏRİNƏ - Artımlar...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR