Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15431
az

Müstəntiq DİN və Baş Prokurorluğu təkzib edir

11:2709 İyul, 2019
862
  • A
 
Abşeron rayonunun polis müstəntiqi Xəyyam Rüstəmovun Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun təsdiqlədiyi faktın üstünü örtməyə və piyadanın ölümünə səbəb olan şəxsi cinayət məsuliyyətindən yayındırmağa çalışdığı iddia olunur.

Oxu24.com -un  Bakupost.az-a istinadən məlumatına görə, belə ki, bu il aprelin 6-da baş verən yol-nəqliyyat hadisəsindən bir gün sonra DİN rəsmi məlumat yayaraq bildirib ki, Faiq Həsənov adlı Masazır sakini Xırdalan şəhərinin ərazisində naməlum sürücü tərəfindən vurulub və hadisə yerində dünyasını dəyişib. Xəbərdə qeyd edilib ki, sürücü Müşfiq Həsənov hadisə yerindən yayınıb.
 
Baş Prokurorluğun yaydığı rəsmi məlumatda da hadisə zamanı sürücü Müşfiq Həsənovun hadisəni törətdikdən sonra hadisə yerindən qaçdığı, yalnız növbəti gün polis əməkdaşları tərəfindən tutulduğu öz əksini tapıb. Lakin işin istintaqını həyata keçirən müstəntiq X.Rüstəmov qəzanı törədib hadisə yerindən qaçdığı rəsmi məlumatlarla təsdiqini tapan sürücü Müşfiq Həsənova verilmiş hadisə yerindən qaçmaq ittihamını götürüb və işi yalnız bir maddə ilə - Cinayət Məcəlləsinin 263.2 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə məhkəməyə göndərib. Buna əsasən, iddia olunur ki, müstəntiq 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəni təqsirləndirilən şəxsin üzərindən götürməklə onun uzun müddətli həbsdən yayınmasına və işdən yüngül cəza almasına çalışır.
 
Məsələ ilə bağlı kiçik araşdırma apardıqda məlum olur ki, doğrudan da aprelin 7-də DİN (https://www.mia.gov.az/?/az/pressreliz/view/61454), 4 gün sonra isə Baş Prokurorluğun yaydığı rəsmi məlumatda (http://genprosecutor.gov.az/news/5/20074/hadise-yerinden-qacan-surucu-hebs-edilmisdir) sürücünün hadisə yerindən yayındığı bildirilib.

Fotoda: Mərhum Faiq Həsənov


Göründüyü kimi, iki dövlət qurumunun yaydığı rəsmi xəbərlərdə həqiqətən də sürücü Müşfiq Həsənovun hadisə yerindən qaçması ilə bağlı ona əlavə maddə verilib. Lakin işin istintaqı dövründə nə baş veribsə, müstəntiq X.Rüstəmov bu qərara gəlir ki, DİN və Baş Prokurorluğun yaydığı rəsmi məlumatlarda yanlışlıq var və sürücü M.Həsənov əslində hadisə yerindən qaçmayıbmış.
 
Məsələ ilə bağlı açıqlama verən Abşeron rayon prokuroru Rahib Seyidov deyib ki, iş hazırda məhkəmə baxışında olduğu üçün bu barədə əlavə məlumat verə bilməz: “Mən bu məsələni araşdıracam, ancaq onu deyə bilərəm ki, iş hazırda məhkəmə baxışındadırsa, məhkəmə bu işi araşdıracaq və əgər əlavə hallar mövcuddursa, təqsirləndirilən şəxsə yeni maddə ilə ittiham veriləcək”.

Rayon prokuroru onu da əlavə edib ki, bu cür presedentlər əvvələr də mövcud olub: “İlkin araşdırma zamanı sürücünün hadisə yerindən qaçması barədə şübhələr yarana bilər. Lakin bu da mümkündür ki, istintaqın gedişində əslində sürücünün hadisə yerindən qaçmadığı üzə çıxa bilər. Yenə deyirəm, əgər belə hal mövcuddursa, məhkəmə araşdırması zamanı, bu ortaya çıxarılacaq”.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə də deyib ki, əgər istintaqın gedişində hansısa yanlışlığa yol verilibsə və iş hazırda məhkəmə baxışındadırsa, yanlışlıq məhkəmədə ortaya çıxarıla, təqsirləndirilən şəxsə əlavə ittiham verilə bilər: “Ancaq əvvələr də yol qəzalarının istintaqı zamanı belə presedentlər olduğu üçün müstəntiqin bu məsələdə qərəzli olduğunu, təqsirləndirilən şəxsi cəzadan yayındırmağa çalışdığını iddia etmək doğru olmaz. İş hazırda məhkəmə araşdırmasında olduğu üçün məhkəmənin yekun qərarını gözləməyi tövsiyə edirəm”.
 
Müstəntiq Xəyyam Rüstəmov isə iddialarla bağlı danışmaq istəməyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO
Gədəbəydə DƏHŞƏT: Arvadını balta ilə QƏTLƏ YETİRDİ - FOTO
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO