Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
15034
az

Azərbaycan gömrüyündə şok hadisə: Qadının daxili orqanından görün nə çıxdı...

15:2428 İyun, 2019
690
  • A

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn xanım vətəndaş saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən  Oxu24.com-a  verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşının üzərində aparılan şəxsi yoxlama zamanı qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasa da ona məxsus əl çantasının içərisində həblər olduğu müəyyən edilib.

Daha sonra xanım vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Nəticədə onun daxili orqanından şəffaf rəngli sellofana bükülü 7 ədəd uzunsov formalı bağlamada 425 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin və 49 ədəd açıq qəhvəyi rəngli, birxətli üzərində "F/M40" nişanəsi olan "metadon" adlı dərman preparatı aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı" na daxildir.


Faktla bağlı araşdırma aparılır.


{banner_reklam}

Günün digər xəbərlərini də oxuyun:  Polislər qəzaya düşən avtomobilə yaxınlaşanda gördüklərin şoka düşdülər-VİDEO

Fəhlənin başı aparatın altında qaldı+DƏHŞƏTLİ VİDEO

Qusarlı qızın tükürpədən hekayəsi: Qardaşım məni zorlayırdı, baltaladım, doğrayıb basdırdım

Azərbaycanlı rəqqasənin masaj salonundan biabırçı görüntüləri yayıldı-18+VİDEO

{banner_reklam} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı
Borcu ödəməmək üçün tanışını öldürdü