Oxu24.com xəbər verir ki, BAKU.WS redaksiyasına müraciətdə bildirilib ki, 11 iyun 2019-cu il tarixdə Ayxan Yaradanquliyev özünə məxsus maşınla yol nəqliyyat hərəkəti zamanı, "Mercedes C klass” markalı, 50-CO-234 dövlət qeydiyyat nişanlı Masallı rayon sakinləri olan iki qardaş Xəqani və Aqil Ağayev qardaşları ilə mübahisəsi yaranıb.
Mübahisə zamanı həmin şəxslər Ayxanın avtomaşınının qabağını kəsərək maşından düşməsini tələb edərək, məsələni aydınlaşdırmağa israr ediblər.Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.Baş verən hadisə təhlükəsiz şəhər müşahidə kameralarına düşüb.Həmin görüntüləri sizə təqdim edirik.
Oxu24.com
ŞƏRHLƏR