Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14662
az

\"Gəzintiyə getmək üçün yığılan pulu...\" - Məzunun intharı ilə bağlı YENİ FAKT

18:5118 İyun, 2019
814
  • A
Sabirabad rayonu, Ulacalı kənd B.Ağayev adına tam orta məktəbin məzunu Yusif Abbasovun intiharının yeni təfərrüatlarını üzə çıxarıb.

Oxu24.com sputnik.az-a istinadən xəbər verir ki, Yusifin atası Şahid Abbasov bildirib ki, oğlunun ali məktəbə qəbul imtahanlarında az bal topladığı üzündən intihar etdiyi barədə məlumat yayılsa da, oğlu qumarda pul uduzduğu üçün özünə qəsd edib:

"Hazırda bu məsələni prokurorluq orqanı araşdırır. Amma oğlum ali məktəbə qəbul imtahanında az bal topladığına görə canına qıymayıb. Hadisəyə səbəb qumarda uduzduğu pul olub. Oğlum bu il 11-ci sinfi bitirib məzun olmuşdu. Sinif yoldaşları ilə birgə gəzintiyə getmək üçün pul yığıblar. Kənddə də kimsə oğlumun üstündə 360 manat pul olduğunu bilib. Onu və başqa bir sinif yoldaşını qumar oynamağa dəvət ediblər. Qumar oynayanlar da kənd uşaqları olublar.

Mən bu hadisədən oğlum intihar etməzdən bir gün əvvəl xəbər tutmuşam. Dedi ki, pul borcum var, uşaqların yığdığı pulu xərcləmişəm. Soruşdum ki, nəyə xərcləmisən? Mənə qumara qoyduğunu demədi. Dedi, özümə əyin-baş, telefon almışam. Mən də başa saldım ki, gərək əvvəl evdə deyərdin. Bu gün də sinif yoldaşlarının yanında xəcalətli qalmazdın. Amma mən buna görə oğlumu çox danlamadım. Hadisədən bir gün öncə də sinif yoldaşları ilə yeyib-içiblər. Bilmirəm, orada pulu xərclədiyini deyəndə ona kim nə deyib. Ondan bir gün sonra bu iş başımıza gəldi".

Ş. Abbasov deyir ki, oğlu sahədə ot biçininə kömək edirmiş. Yusif deyibmiş ki, işləyib borcunu qaytaracaq:

"Oğlumun intiharı ilə bağlı indi araşdırma aparılır. Amma daha balamı heç nə mənə geri qaytarmayacaq. Ona görə də kənddə də kimləsə pis olmaq istəmirəm. İstəmirəm ki, o biri övladlarıma da ziyan dəysin".

Sabirabad rayonu, Ulacalı kənd B.Ağayev adına tam orta məktəbin direktoru Nail Xanməmmədov da deyib ki, intihar edən məzun Yusif Abbasovun az bal topladığı üçün canına qıyması xəbəri yalandır:

"Yusif kollecə qəbul olmuşdu. O, ali məktəbə qəbul imtahanında iştirak etsə də, kollecdə oxuyacağını deyirdi. Orta səviyyəli biliyi olan, tərbiyəli şagirdimiz olub. Onun ölümünü az bal toplaması ilə bağlayanlar yalan danışırlar. Hazırda məsələni prokurorluq araşdırır".

Xatırladaq ki, Yusif Abbasov iyunun 16-da yaşadıqların evin həyətində intihar edib. Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.


Günün digər xəbərləri: Maaş artımı dövlət işində çalışan 600 min nəfərə şamil olunacaq - ŞƏRH

Bakı toyunda kütləvi dava - Yaralılar var

Hərbçilərimiz erməniləri gizli videoya çəkdi-Sensasiya yaradacaq kadrlar

SON DƏQİQƏ: 200 nəfər öldü- DƏHŞƏT

{banner_reklam} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət
Göygöldə iki bacı dəm qazından zəhərlənib
Bakıda zəncirvari qəza - Xəsarət alan var - FOTO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM