Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14426
az

Sumqayıtda salam verməmək üstündə çayxananın arxasında qan töküldü — TƏFƏRRÜAT

19:2711 İyun, 2019
655
  • A
 Sumqayıt şəhərində qətl törətməkdə təqsirli bilinən Babək Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Oxu24.com" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası iyun ayının 14-nə təyin olunub.

Qeyd edək ki, şəhər ərazisində Tibb kollecinin yanında yerləşən çayxananın arxasında qeydə alınıb.

Sumqayıt şəhərində yaşayan Kəlbəcər sakini, 1990-cı il təvəllüdlü Babək Həsənov Kotec qəsəbə sakini, həmyaşıdı Aydın Seyidovu ona salam verməməsi səbəbindən ucu kəsici-deşici olan alətlə vuraraq öldürüb. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib.
Babək Həsənov şübhəli şəxs qismində tutulub və törətdiyi əməli etiraf edib. O, dəmirçi işlədiyi üçün həmin alətdən peşəsi ilə əlaqədar istifadə etdiyini bildirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı
Borcu ödəməmək üçün tanışını öldürdü
Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı