Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14418
az

İki uşaq atasını yandırıblar, yoxsa özü intihar edib? - Rəsmi açıqlama

15:3111 İyun, 2019
640
  • A
 
İsmayıllı rayonunda iki uşaq atasının özünü yandıraraq intihara cəhd etməsi haqda prokurorluq açıqlama yayıb.

İsmayıllı rayon prokurorluğundan verilən məlumata görə, rayon sakini 1984-cü il təvəllüdlü Ramil Rəcəbalıyevin iyunun 1-də üzərinə tez alışan məhlul tökməklə özünü yandıraraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlərin ifadələri alınıb və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. İlkin istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə R.Rəcəbalıyev ailə-məişət münaqişəsi zəminində qayınatası Ağasəf Məmmədova məxsus evin qarşısında qonşuların və digər şahidlərin yanında əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla özünü öldürməyə cəhd edib, iyunun 10-da aldığı yanıq xəsarətləri səbəbindən vəfat edib.

İş üzrə dindirilmiş qonşular və hadisənin digər şahidləri ifadələrində R.Rəcəbəliyevin əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla intihar etdiyini bildiriblər. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, mərhumun qardaşı Elşən Rəcəbəliyev qardaşının üzərinə benzin töküb yandırdıqlarını bildirmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda çörək zavodunda qətl - İŞ YOLDAŞINI ÖLDÜRDÜ