Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14230
az

\"Emin444\" -ün qətli ilə bağlı sensasion fakt: Boynuna zəncir salınıb, sol qolu kəsilibmiş

18:3505 İyun, 2019
2898
  • A
 

Binəqədi rayonunda törədilən, son illərin ən qəddar cinayət əməli ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaları davam etdirirlər. İstintaq-əməliyyat tədbirləri nəticəsində "Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvəllüdlü Emin Ehtiram oğlu Səfərovun qətlində adı sifarişçi kimi keçən kikboks üzrə dünya çempionu Zaur Yusifov mayın 14-də həbs olunub.

Oxu24.com xəbər verir ki, oğlunun qətlində iştirak edən şəxslərin azadlıqda gəzməsindən narazı qalan ana Məlahət Səfərova  mətbuat vasitəsi ilə vəzifəli şəxslərə müraciət edib. Oğlunun qətlinin sifarişində adı hallanan Zaur Yusifovun evinin qarşısında etiraz edən ana bildirib ki, hadisə baş verən günü kameralara qeyd olunmuş görüntülər gizlədilib.

"Burada bütün ərazi kaneralarla doludur.İşi aparan müstəntiq deyir ki, görüntüləri özünüz əldə edin.Mən də cavab verirəm ki, mən müstəntiq deyiləm.O kameralardan görüntü çıxarmağa ixtiyarım yoxdur", deyə çarəsiz ana fəryad edib.


Digər  xəbərlər: Qızı baldızının əri ilə qaçdı, ana intihara cəhd etdi Metrodakı intihar olayının şok səbəbləri

Bu uşaqla bağlı əhaliyə müraciət edildi-DIQQƏT FOTOYA!

Vahiməli görüntü: İki zəhərli heyvan bir-birini parçaladı-18+ VİDEO

Emin 444 ləqəbli Emin  Səfərovun anası daha sonra qətl baş verən əraziyə yollanıb. O, ərazidə oğıuna 78 bıçaq vurulduğunu, oğlunun köməksiz vəziyyətdə öldüyünü bildirib.Ana daha sonra iddia edib ki,oğlunun qətlində istifadə olunmuş bıçaq oğurlanıb və istintaqdan gizlədilir.

"Oğlumun meyiti qan içində qucağımda idi.Üzünü bağlayan zaman qətlə yetirən şəxsin adamları bıçağın birini oğurladı.Müstəntiq bu faktları araşdırmır. Ölkə rəhbərliyinə,Mehriban xanım Əliyevaya müraciət edib,xahiş edirəm ki, oğlumun qətlinin düzgün araşdırılmasında kömək
etsinlər."

{banner_reklam}

Məlahət Səfərova bildirib ki,oğlunu bir nəfər yox 6 nəfər öldürüb.

"Oğlumu öldürən şəxs Həsən Zaurgilin qara işlərini görən adamdır.Onu məcbur ediblər ki, cinayəti boynuna alsın.Oğlumu evdən Zaurun atası Əli çağırıb aparıb. Oğluma birinci bıçağı Zaurun  kiçik qardaşı vurub.İkinci bıçağı 22 yerdən Həəsn vurub. 3-cü bıçağı Zaur vurub. Oğlumun başına zəncir salıb, arasına da mayka salıblarmış ki, iz düşməsin.Həmin mayka müstəntiqdədir.Oğlumun sol qolunu da kəsiblər.Zaurun atası Əli də maşının qapısını tutubmuş ki, oğlum qaça bilməsin".


Daha ətraflı  videonu  təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Kərimlinin sürücüsü istintaqa şok ifadə verib
Bakıda gecə əməliyyat: Saxlanılanlar arasında qadınlar da var
Azərbaycanda biabırçılıq: Polis vəzifəli şəxsi qadınla intim əlaqədə olarkən tutub

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM