Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14173
az

Şabranda şok olay: Arvadı ilə münasibətdə olan qonşusunu öldürdü

12:1904 İyun, 2019
1240
  • A
 
Şabran rayonunda qısqanclıq zəminində qətl törətməkdə təqsirli bilinən 1980-ci il təvəllüdlü Vüsal Hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, Vüsal Hacıyevin barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

Yaxın günlərdə bu qalmaqallı cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il avqustun 12-də Şabran rayonunda 1980-ci il təvəllüdlü Vüsal Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib.

Belə ki, Vüsal Hacıyev evinə gələn zaman Ruslan Hacıyevi həyətində görüb.

Bu zaman Vüsal Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib.

Ruslan Hacıyev hadisə yerindəcə ölüb.

Cinayəti törədən Vüsal Hacıyev polis tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Vüsal Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahların nəzərinə:Bu gün son gündür
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi