Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14162
az

Azərbaycanda iki qardaşın öldüyü dəhşətli qəzanın görüntüsü yayıldı

10:1404 İyun, 2019
705
  • A
 
Şamaxı şəhərində 2 qardaşın öldüyü dəhşətli qəzanın videosu yayılıb.

Oxu24.com  Publika.az-a istinadla xəbər verir ki, görüntülərdən məlum olur ki, qəzanı törədən "Niva"nın sürücüsü yolun əks tərəfindən nəqliyyat vasitəsinin gəlib-gəlməməsinə əmin olmadan əks zolağa çıxıb. Bu zaman qarşı yoldan gələn "Shacman" markalı yük maşını 2 qardaşın olduğu avtomobil vurub. Sürücü və qardaşı hadisə yerində vəfat edib.

Qeyd edək ki, Şamaxı şəhərində "Shacman" markalı yük avtomobilinə çırpılan "Niva"da ölən 1989-cu il təvəllüdlü İsmayılov Rasim Vahid oğlu və qardaşı 1987-ci il təvəllüdlü İsmayılov Ramil fermer təsərrüfatını idarə edirmiş.

Onlar iyunun 1-də yaşadıqları evə gedərkən - əsas yoldan məhəlləyə dönərkən maşının yük avtomobilinin altında qalması nəticəsində vəfat ediblər.

Hər iki şəxs dünən doğulduqları Şamaxının Quşçu kənd qəbiristanlığında yanaşı dəfn ediliblər.

Qeyd edək ki, vəfat edən qardaşların ikisi də ailəli olub.


Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Bəy öz toyunda da noutbukda işlədi -SƏRT TƏNQİD OLUNDU

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Bakıda skuterin GPS-i oğurlandı