Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14023
az

Bakıda kişi arvadının boğazını kəsdi - TƏFƏRRÜAT - YENİLƏNİB - FOTO

20:5131 May, 2019
651
  • A
 12:46

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda dəhşətli qətl hadisəsi baş verib. Belə ki, ər həyat yoldaşının başını kəsib.

Oxu24.com xəbər verir ki, unikal.org hadisənin təfərrüatlarını öyrənib. Hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi M. Fətəliyev küçəsində baş verib. Vüsal Məmmədovla həyat yoldaşı 1978-cı il təvəllüdlü Məmmədova Fəridə İsmayıl qızı mübahisə edib. Mübahisədən sonra xanım həyat yoldaşından şikayət edib. Bundan sonra qisas almaq istəyən ər arvadına hücum edib. Ər binanın qarşısında arvadının boğazını kəsərək qətlə yetirib. Özü isə ərazidən uzaqlaşıb.

Ərazidə yaşayan sakinlərin bildirdiyinə görə, hadisəyə qısqanclıq səbəb olmayıb. 1978-ci il təvəllüdlü Məmmədova Fəridə İsmayıl qızı evdar qadın olub. O iki oğlunun tərbiyəsi ilə məşğul imiş. Qadının əri  isə narkotik maddə istifadəçisi olub. İki ildir ailədə münaqişə olub. Sonda isə bu münaqişə qətllə nəticələnib.

Qeyd edək ki, F.Məmmədovanı öldürməkdə şübhəli bilinən əri, 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

----------
10:43

Bakıda arvadını bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Prokurorluğundan qafqazinfo-ya verilən məlumata görə, hadisə mayın 30-u saat 16 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

1978-ci il təvəllüdlü Məmmədova Fəridə İsmayıl qızının bədənində kəsici-deşici xəsarətlər olan meyiti M.Fətəliyev küçəsində yerləşən binanın qarşısında tapılıb. Rayon polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib.

F.Məmmədovanı öldürməkdə şübhəli bilinən əri, 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Xatırladaq ki, ilkin yayılan məlumata görə, V.Məmmədov arvadı F.Məmmədovanı yaşadığı mənzildə başını kəsərək dördüncü mərtəbədən aşağı atıb. Onların birgə nikahdan iki övladı var.

Bundan öncə də V.Məmmədov arvadına yüngül həyat tərzi keçirməsinə görə bıçaqla xəsarət yetirib, həmin zaman isə qadının həyatını həkimlər xilas edib. Bu hadisə ilə bağlı hazırda məhkəmə çəkişməsi gedir.


  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO
25 yaşlı oğlan özünü pilləkənlərdən ASDI
Abşeronda DƏHŞƏT: gənc oğlan özünü yandırdı

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO