Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14016
az

Bakıda şok olay: İntim münasibət üçün evinə getdiyi qız oğlan çıxdı, şəklini çəkib...

17:4531 May, 2019
2191
  • A
 
Bakıda gənc oğlanı intim söhbəti ilə şantaj etməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Elnur Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com  Teleqraf.com -a istinadən   xəbər verir ki, Elnur Musayev sosial şəbəkələrdən birində “Ayka” adlı profilin (cinayət işində adı keçən şəxsin ad və soyadları şərti verilib – red.) sahibi ilə danışıb.

Danışıq zamanı o, “Ayka”nın oğlan olduğunu, Cavanşir Babayev ad-soyadı daşıdığını bilib.

Elnur Musayev söhbət zamanı Cavanşir Babayevin oğlanlarla qeyri-təbii intim əlaqədə olduğunu öyrənib.

Bu səbəbdən onlar telefonda danışmağa başlayıblar.

Telefon danışıqları zamanı Elnur Musayev Cavanşir Babayevin onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaları barədə apardığı danışıqları “Samsung” markalı mobil telefonun diktofonuna yazıb.

Daha sonra o, Cavanşir Babayevlə metronun “Nizami” stansiyasının qarşısında görüşüblər. Görüş zamanı Cavanşirə telefon vasitəsi ilə apardıqları danışıqları diktofona yazdığını deyib, bu danışığın sosial şəbəkədə və digər yerlərdə yaymaqla hədələyib.

Elnur Musayev Cavanşir Babayevdən danışıqların yayılmaması üçün 5000 manat tələb edib.

Həmin gün Cavanşir Babayev ona 700 manat verib, qalan pulu da verəcəyini vəd edib. Bundan sonra müxtəlif vaxtlarda Elnur Musayevə ümumilikdə 3600 manat verib.

Bir neçə vaxt sonra Elnur Musayev Cavanşir Babayevi yenə də eyni üsulla hədələyərək, ondan 1400 manat tələb edib.

Şantaj olunduğunu görən Cavanşir Babayev Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsinə şikayət yazıb. Şikayət ərizəsi əsasında Elnur Musayev yaxalanıb.

İstintaq orqanı tərəfindən Elnur Musayevin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Elnur Musayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elnur Musayev apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Qərara görə, apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Elnur Musayev kasasiya şikayəti verib. O, Bakı Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işinə bəraətverici əsaslarla apelyasiya instansiyasında yenidən baxılmasını istəyib.

Elnur Musayevin şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin qərar elan edilib.

Elnur Musayevin şikayəti təmin olunmayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Cinayətdə şübhəli bilinən 45     nəfər     saxlanıldı