Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13668
az

Qubada dəhşət!Gənc oğlan yaşlı qadını qəbiristanlıqda zorlayıb öldürdü

16:2024 May, 2019
1156
  • A
 
Quba rayonunda qətl törətməkdə təqsirli bilinən Mişi Miqirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Mişi Miqirov 19 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il aprelin 17-də Quba rayonun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda əvvəllər məhkum olunmuş Mişi Miqirov 87 yaşlı bibisi Şüşan Sumxayevanı döyüb.

Xəstəxanaya yerləşdirilən Şüşan Sumxayeva orada ölüb.

Digər xəbəri oxuyun: Ana bətnindəki əkizlərin bir-birinə etdiyi bu hərəkət hamını ŞOKA SALDI-VİDEO

Quba rayon polis şöbəsinin əməkdaşları Mişi Miqirovu saxlayıb. Məlum olub ki, hadisədən bir müddət əvvəl Mişi Miqirovun qardaşı vəfat edib. Hadisə həmin şəxsin məzarının yanında olub.

Qardaşının məzarı başında Mişi Miqirov bibisi ilə mübahisə edib. Mübahisə zamanı o, bibisinə çoxsaylı bıçaq zərbələri vurub. Ahıl qadın xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Məlum olub ki, Mişi Miqirov hadisə zamanı sərxoş olub. Bibisini öldürməmişdən əvvəl onunla zorla cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Mişi Miqirov barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə maddəsi ilə ittiham elan edilib.

Digər xəbərlər:  "Kişi sevgilimlə olan fotomu anama göstərdim" - Azərbaycanlı geydən şok paylaşım-VİDEO

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

3 nəfər ölüb -DİN
Bakıda dəhşət: Gənc qız özünü binadan atdı
SON DƏQIQƏ! Bakıda məşhur şair həbs olundu

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR