Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13644
az

Bakıda dəhşətli qətl: yatan kişinin boyun damarlarını kəsdilər

11:3524 May, 2019
607
  • A
 
Mayın 23-dən 24-nə keçən gecə  Bakının Binəqədi rayonunda müəmmalı qətl hadisəsi törədilib. Yuxuda olan kişinin boğazını kəsiblər.

Bu barədə Oxu.Az-a Binəqədi rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Cinayət qurbanı Müşfiq qəsəbə sakini, 59 yaşlı Xələfov Şamil Şəristan oğludur. Məlumata görə, kişiyə yeddi bıçaq zərbəsi endirilib. Xəsarətlərin çoxu deşici olub.  

Maraqlıdır ki, cinayət törədildiyi vaxt, təxminən gecə saat 02:00 radələrində Xələfovlar ailəsinin bütün üzvləri evdə olub. Hətta böyük oğlu onunla bir otaqda yatıb. Ancaq illkin dindirilməsi zamanı gənc bərk yatdığını və atasının kim tərəfindən və necə qətlə yetirdiyini görmədiyini bildirib.

O, atasının xırıltı səslərinə oynadığını söyləyib, lakin həmin vaxt otaqda artıq heç kim olmayıb.

Hüquq-mühafizə orqanları əsas versiyalardan biri kimi qətlin tamah məqsədilə törədildiyini ehtimal edir. Ancaq Xələfovların evindən hər hansı qiymətli əşyanın yoxa çımasına dair məlumat yoxdur.

İkinci versiya qətldə ailə üzvlərinin əlinin olmasıdır. Hazırda əsas şübhəlilər məhz onunla bir evdə yaşayan ailə üzvləridir. Fakt üzrə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq aparırılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO
Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu
Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO