Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13456
az

Gecə arvadı qalan evə basqın etdi, onun sevgilsini...

13:1520 May, 2019
2019
  • A
 
Daxili İşlər Nazirliyi paytaxtda baş verən dəhşətli qətllə bağlı açıqlama yayıb.

Nazirlikdən Oxu24.com -a verilən məlumata görə, hadisə mayın 20-də, gecə saat 3 radələrində Xəzər rayonunun Binə qəsəbəsi südçülük sovxozunun ərazisində baş verib.

Orada kirayə yaşayan Maral Rzayevanın evinə gəlmiş keçmiş əri, Astara rayon sakini, əvvəllər məhkum olunmuş Zaur Rzayev münaqişə zəminində ona, qızı Samirəyə, habelə onlarla birgə yaşayan evin sahibi Qəmər Nəbiyevaya və orada olan Zirə qəsəbə sakini Vasif Əliyevə bıçaqla xəsarət yetirib.

Daha sonra Zaur Rzayev hadisə yerini tərk edib.

Xəsarət almış həmin şəxslər xəstəxanaya yerləşdirilib, Vasif Əliyev ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Zaur Rzayev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, Vasif Əliyev Maral Rzayeva ilə qeyri-rəsmi münasibəti olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət
Göygöldə iki bacı dəm qazından zəhərlənib
Bakıda zəncirvari qəza - Xəsarət alan var - FOTO

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
ŞOK! İnternatdan qaçan uşaq birbaşa efirə girib  görün nələr  dedi +VİDEO
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət