Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13413
az

Azərbaycanlı məşhur 12 nəfəri polisə şikayət etdi - İNANILMAZ SƏBƏB

12:3419 May, 2019
1687
  • A
 Məşhurların şəxsi həyatı, yaradıcılıqları daim göz önündə olub. Tanınmışlar bəzən tərif olunmaqla yanaşı, təhqir olunub, hətta qeyri-etik ifadələrə də məruz qalırlar.

Görəsən, onlar bu cür hallarla tez-tez rastlaşırlar? Tənqid və təhqir olunanda necə reaksiya verirlər?

Meyxanaçı Samirə Yusifqızı Redaktor.az-a açıqlamasında bildirdi ki, onun səhifəsi izlənilir. Kimsə ona qarşı səhv addım atsa, cəzalandırılacaq:

“Heç kimə cavab yazmıram, çünki hər kəs öz tərbiyəsini göstərir. İlk olaraq arxana dönüb baxmalısan ki, təmizsən, yoxsa, yox. Bilmədikləri məsələlər haqqında axmaq-axmaq yazırlar. Bunlar pozğundur, 3-4 dəfə ərə gedib qayıdıblar. Kim haqqımda nə yazırsa, özünə qaytarıram. "İnstagram" səhifəm izlənilir, ona görə də kim bundan sonra məni söysə, təhqir etsə, cəzasını alacaq və məsuliyyətə cəlb olunacaq”.

Əməkdar artist Yusif Mustafayev dedi ki, bu cür insanlara reaksiya vermir:


“Mən onlara reaksiya vermirəm, çünki fikir versəm, hücüma keçərlər. O qədər insan var ki, məni təhqir edib, sonra zəng edib, üzr istəyib. Sənə pislik edənə, yaxşılıq etmək lazımdır. Mən bu cür fikirləşirəm.Təhqir edən, pis sözləri deyən insanlar özünü təhqir edir. Bu sözlər hətta bibliyada da yazılıb”.

Prodüser Mədinə Malik ən çox uzun dırnaqlarına görə qınanılıb:


”Tənqidi normal qəbul edirəm. Təhqirə isə cavab vermirəm, sadəcə blok edirəm, ancaq buna gücüm çatır. Ən çox uzun dırnaqlarıma görə tərbiyəsiz şəkildə qınanıram. Düşünmürlər ki, səhifəmi böyük, kiçik izləyir. Ailə tərbiyəsindən, etika, estetika qaydalarından uzaq qalan insanlardır".

Aktyor Cavidan Novruz Redaktor.az-a vurğuladı ki, reaksiyası fərqli olur:


”Tənqidin və təhqirin dərəcəsi olmalıdır. Bəzilərinə cavab vermirəm, amma elələri də var ki, haqsız yerə tənqid, təqhir edir. O insanlara dərhal, yerindəcə cavabımı verirəm. Susmaq olmaz".

Aparıcı Humay Muxtarova isə artıq 12 nəfəri polisə şikayət edib:


”Tənqidə əhəmiyyət vermirəm, amma təhqir edənləri cəzalandırıram. Artıq 12 nəfəri ərizə ilə polisə vermişəm. Bu cür hallar təkrarlansa, yenə şikayət edəcəm. Qanun, qayda var”.

Əməkdar artist Baloğlan Əşrəfov təhqiri qəbul etmir:


“O səhvi edən insanın canında gərək Azərbaycan qanı axmasın. Tənqid etmək olar, amma təhqir olmaz. Heç kim bunu edə bilməz, əks halda cəzasını alar. Məhkəməyə vermək uzun məsələdir, onu müsəlman qaydada cəzalandırmaq olar. Çünki bu, insanın mənəviyyatına, şəxsiyyətinə zərbədir".

Aparıcı Türkan Heydərova təhqirlərə məruz qalıb:


“Sanki bir ordu yaradılıb, mənə qarşı. Hər dəfə təhqir olunuram. Amma yaxşı yazanlar da az deyil. Pis yazan ən çox saxta profillərdən olur. Vaxtı ilə komaya düşməyimi lağa qoyub, ölməyimi istəyirdilər. Onlara xoş günlər arzu edirəm, bəlkə onda məndən əl çəkərlər. Heç vaxt söyüşlü cavab qaytarmamışam, məhkəməyə müraciət etməmişəm. Etsəm, onların səviyəsinə enərəm”.

Şairə Nazilə Səfərli Redaktor.az-a açıqlamasında bildirdi ki, tənqidə açıqdır:


"Tənqid nəticə çıxarmaq üçündür. Yaxşı, dürüst, mədəni, tərbiyəli insan heç vaxt el içində kimisə tənqid etməz. Məni istəyən insan özüm ilə əlaqə saxlayıb, qüsurumu deyər. Açığa tənqid edənin özü tənqid olunmalıdır. Heç kimin ixtiyarı yoxdur təhqir etməyə. Küçə tərbiyəsi ilə böyüyən, soyundan, kökündən xəbərsiz insanlar söyüş söyürlər. Onlar təbəqəmdə olmadıqları üçün baş qoşmuram. Mənə maraqsızdırlar. Söyüş, təqhir yazılan kimi silirəm".

Müğənni Mənzurə Musayeva bu cür hallarla rastlaşmayıb:


“Məni təhqir, tənqid edən insan olmayıb. Varsa da, xəbərim yoxdur. Keçmişinə, həyatlarına baxsınlar, sonra gəlib məndən danışsınlar. Ümumiyyətlə, onlar öz tərbiyələri, əxlaqları ilə məşğul olsalar,  daha yaxşı olar. Demək, Mənzurə yaşayır ki, ondan yazırlar”.

Müğənni Nura Suri Redaktor.az-a dedi ki, təhqir edənləri polisə verib:


“Məni təhqir edənləri polisə şikayət etmişəm. Cəzalarını alıblar. Bunu ona görə etdim ki, pis yazanlar bir dəfəlik anlasınlar, heç bir haqsızlıq, cinayət cəzasız qalmır. Xoşbəxt insanlar bu cür addım atmazlar. Mənim onlara yazığım gəlir. Onlar içlərində zəhər gəzdirib, paxıllıq çəkirlər. Amma bütün vaxtımı da onlara həsr etmirəm”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

3 nəfər ölüb -DİN
Bakıda dəhşət: Gənc qız özünü binadan atdı
SON DƏQIQƏ! Bakıda məşhur şair həbs olundu

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR