Bakı şəhər Xəzər rayonu Şağan qəsəbəsi ərazisində özünü asaraq həyatına son qoyan Bayramzadə İsmayıl İbrahim oğlunun məktubu tapılıb.
Mərdəkan qəsəbəsi S.Dadaşaov küçəsi 6 ünvanındakı binada yaşayan Bayramzadə İsmayıl İbrahim oğlunun Şağan qəsəbəsində özünü asaraq intihar etməsindən sonra onun məktubu aşkarlanıb.
39 yaşlı İsmayılın meyiti Şağan qəsəbəsindəki su idarəsinin yaxınlığındakı ağaclıq sahədə tapılandan sonra onun yaşadığı evdə məktub qoyduğu üzə çıxıb. O, anasına yazdığı məktubda “Ana məni, bağışla, Sizə layiq övlad ola bilmədim”, sözlərini yazıb.
Bildirilir ki, intihar edən İ.Bayramzadə subay olub və anası ilə birgə yaşayırmış.
Onun meyitini yaxınlıqdan keçən şəxslər aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR