Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13343
az

Bakıda sürücü keçiddə piyadaları belə vurdu

13:0617 May, 2019
737
  • A
 
Bakıda dəhşətli piyadavurma hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisənin görüntülərini DİN-in təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. Videodan belə aydın olur ki, digər nəqliyyat vasitələri piyada keçidindən yolu keçən piyadalara yol vermək üçün dayanasalar da, ağ rəngli avtomobilin sürücüsü yüksək sürətlə hərəkəti davam etdirir.

Nəticədə keçiddən keçən bir neçə sərnişini vurur. Onlardan iki qadın daha ağır zərbəyə tuş gəldiyi üçün biri yerindəcə keçinib. Digər qadın isə hadisə yerində olan şəxslər tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Videodan o da aydın olur ki, yüksək sürətlə hərəkət edən avtomobil hətta yol ayrıcında keçdikdən sonra BakuBus avtobusuna çırpılaraq dayanıb. Hadisə ilə bağlı araşdırmalar gedir.

Ümid edirik ki, bu video digər sürücülərə ibrət olacaq. Piyada keçidinə yaxınlaşan zaman sürəti azaltmağı unutmayacaq. Hadisənin maraqlı tərəfi odur ki, keçiddən bir yox bir neçə piyada eyni vaxtda keçir. Ola bilməz ki, sürücü bunlardan hansısa birini görməsin. Belə fikir yaranır ki, sürücü sükan arxasında ya içkili, ya diqqəti yayınıb, keçə biləcəyini zənn edərək sürəti artırıb.

Görüntüləri təqdim edirik:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət
Göygöldə iki bacı dəm qazından zəhərlənib
Bakıda zəncirvari qəza - Xəsarət alan var - FOTO

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət