Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13288
az

\"Emin444\" ün qətlində adı keçən şəxslə bağlı rəsmi açıqlama:\"İnspektor vəzifəsində işləyib\"

12:0616 May, 2019
762
  • A
 
Bakıda kriminal dairələrdə “Emin 444” və “Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlini sifariş verən Zaur Yusifovun dövlət qurumlarından birində yüksək vəzifə tutduğu iddia olunur.

Saytlarda yazılan məlumata görə, o, Dövlət Miqrasiya Xidmətinin əməkdaşıdır.

Femida.az -ın əməkdaşı məsələ ilə bağlı Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elnur Kələntərli ilə əlaqə saxlayıb.

O, açıqlamasında bildirib ki, adıçəkilən şəxs artıq qurumda çalışmır:

“Zaur Yusifov 2013-2017-ci ildə Miqrasiya Xidmətinin Bakı Regional İdarəsində inspektor vəzifəsində işləyib. 2017-ci ildə Dövlət Miqrasiya Xidmətindəki işinə xitam verilib”.

Qeyd edək ki, Zaur Yusifov Kikboksinq üzrə bir sıra beynəlxalq yarışların qalibidir. Gənclər və İdman Nazirliyi tərəfindən “Əməkdar İdman Ustası” adına layiq görülüb.

Xatırladaq ki, mayın 10-na keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlu qətlə yetirilib.

Bakıda kriminal dairələrdə “Emin 444” və “Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində altı nəfər iştirak edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO