Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13287
az

Gəncədə ƏMƏLİYYAT - Silahlı şəxslər tutuldu

12:0016 May, 2019
885
  • A
 
Gədəbəy Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Oxu24.com  Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, zərərçəkmiş Slavyanka kənd sakini R.Həsənov mayın 7-nə keçən gecə 20 yanvar küçəsindəki aptekindən 3080 manat pul oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları müəyyən edilib.

Gədəbəy Rayon Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin şəhər ərazisində saxlanılıblar.

Onlardan 2 ədəd maska, 1 ədəd alışqan tapança, 2 ədəd əlcək, 1 ədəd kəsici alət və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı
59 yaşlı usta sexdə ÖLDÜ
Sabiq baş həkimə hökm oxundu - 8 il 6 ay həbs

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Taksi sürücüsü 17 yaşlı qızı zorladı
Rusiya sülhməramlıları niyə vaxtından əvvəl Qarabağdan getdi? - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Yazda ən çox yoluxduğumuz infeksiyalar: Necə qorunaq?
Vətəndaşları aldadan şirkət rəhbərləri saxlanıldı