Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13265
az

Müəlliməm anama dedi ki, qızın oğlanlarla... - İntihara cəhd edən qızdan şok açıqlama

22:4715 May, 2019
896
  • A
 
Bakının Nizami rayonunda yerləşən 109 nömrəli məktəbin V sinif şagidi Fatimə Əliyeva intihara cəhd edib. Qeyd edək ki, mayın 14-də jurnalistlərlə birlikdə Fatimə Əliyevanın atası məktəbə gəlib müəllimləri qızının intiharında ittiham edib.


Oxu24.com  xəbər verir ki, Fatimə Əliyeva ilk dəfə danışıb.

O bildirib ki, ibtidai sinfi bitirib 5-ci sinifə keçən zaman müəllimlər onunla pis davranmağa başlayıb:

"Müəllimlər uşaqlar arasında ayrı seçkilik edirdi. Varlı ailənin şagirdləri ilə yaxşı davranırdı. Onlara qızım, oğlum, canım, ürəyim deyə müraciət edirdi. Mən kasıb ailədənəm deyə mənimlə pis davranıb, əynimdəki paltarlara ilişirdi. Mənim əynim "kalkotqa" yox idi deyə hamının içində məni təhqir edirdi. Mənim üstümə gülürdülər.

Müəllimlərin sözlərindən sonra uşaqlar məndən uzaqlaşmağa başladı. Sinif rəhbərim Nigar Məmmədova mənimlə kobud rəftar edirdi. Bir neçə dəfə mənim ətəyimi dartırdı. Mənim ətəyim hər zaman uzun olub. Bir neçə dəfə sinifdə ağlamışam. Oğlan sinif yoldaşım olan qıza dağ keçisi söylədiyinə görə mən də ona cırcırama dedim. Həmin anda Nigar müəllimə anama zəng edib dedi ki, qızın burada oğlanlarla dalaşır. Mən müəllimə deyəndə ki, vəziyyətim yaxşı deyil, o mənə aktyorluq eləmə dedi.

{banner_reklam}

Mən də atam məktəbə gələndə dedim ki, müəllimə mənə aktyorluq eləmə söyləyib. Atam Nigar müəllimə ilə danışanda o boynuna almadı. Həmin gün vəziyyətim yaxşı deyildi. Müəlliməyə yaxınlaşıb dedim ki, icazə verin evə gedin. O, icazə vermədi. Bahanə etdi ki, evə tək göndərə bilmərəm. Mən dərsə girdim. Müəlliməm dəftərimi istədi, tapa bilmədi. Ona görə də müəllimə mənə iki yazdı. İki aldığıma görə evə gəlmək istəmirdim.

Evə gəldim ki, 5 manat pulumu götürüb dönər alım yeyim. Sinif yoldaşımla danışdıqdan sonra evə gəlib atamın içdiyi 60 dərmanı götürüb pəncərənin qarşısında 5-5 içməyə başladım. Sonra ürəyim bulanmağa başladı. Getdim ki, yatım, özümə gəlim. Gözümü açanda xəstəxanada olduğumu gördüm. Müəllimlərim mənim yanıma xəstəxanadan çıxdıqdan sonra gəldi".

Həmçinin oxu: Bakıda 80 bıçaqla öldürülən kriminal avtoritetin meyitinin DƏHŞƏTLİ GÖRÜNTÜSÜ-18+VİDEO

ŞOK! Bir gecədə 15 nəfər transın başı kəsildi-18+VİDEO




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO