Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13254
az

Bakıda kriminal avtoritetlər arasında atışma :Məşhur şəxs tutulub

17:3515 May, 2019
1568
  • A
 
Oxu24.com -un  "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, İsa Əzizovun atəş açdığı şəxslər kriminal aləmin üzvləri olub. Onunla birgə 6 nəfər saxlanılıb, digər şəxslər isə axtarışa verilib. İ.Əzizov saxlanılan zaman polislərə müqavimət göstərib.

Millət vəkili Adil Əliyev “Qafqazinfo”ya onun və Məhərrəm Əliyevin  bacısı nəvəsi kimi təqdim olunan İsa Əzizovla bağlı açıqlama verib.

Deputat qeyd edib ki, hələ bir neçə il bundan əvvəl İsa Əzizovun hərəkətlərinə münasibət bildirib: “Yanacaqdoldurma məntəqəsində hadisə baş verəndə biz bildirdik ki, sözügedən şəxs bacımızın nəvəsi deyil, dayımızın nəvəsidir. Və onun hərəkətlərinə görə biz cavabdeh deyilik. Bu qədər uzaq qohumu Məhərrəm Əliyevin az qala ailə üzvü kimi təqdim etmək və onun adına bağlayaraq xəbəri tirajlamaq doğru deyil.

Əgər onun hərəkətlərinə himayədarlığı Məhərrəm Əliyev və mən etsəydim, bu, yerinə düşərdi. Bu hadisəyə görə 4-5 nəfər həbs olunub, onların içərisində yalnız İsa Əzizovun adı xəbərə çevrilibsə, bu, Məhərrəm Əliyevə çamur atmaq niyyətindən xəbər verir. Məhərrəm Əliyev və mən cinayətkarlığa qarşı daim mübarizə aparan adam olmuşuq. Onun hərəkətlərini də hər zaman pisləmişik, xahişini heç kəsdən etməmişik və bu hadisəyə görə də İsa da digərləri kimi qanun qarşısında cavab verəcək”.

Həmçinin oxu:  ŞOK! Bir gecədə 15 nəfər transın başı kəsildi-18+VİDEO Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü