Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13244
az

Azərbaycanda əxlaqsızlıq təbliğatı aparan gənci kim himayə edir?: İntim görüntülər

15:3415 May, 2019
1682
  • A
 Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” – “Twenty six” adlı kafenin yerində “Hot Room Club” adlı gecə klubu fəaliyyətə başlayıb.

Oxu24.com   Minval.info-ya istinadən xəbər verir ki, sadəcə adında 26 rəqəmi olduğu üçün hay-küy salındı. Həmin zamanlarda BŞİH-nin başçısı olan Hacıbala Abutalıbov jurnalistlərə, “Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar.


Bunun nəticəsidir ki, Yazıçılar İttifaqının binasının bir hissəsi icarəyə götürüb, “26” sözünü nəinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cürət ediblər. Qoy, burada yaşayan erməni havadarları da başa düşsün ki, nə qədər Azərbaycan xalqı var, erməni daşnaklarına Azərbaycanda yer yoxdur” demişdi.

İndi isə həmin kafenin yerində “Hot room” adlı  gecə klubu açılıb və bir neçə aydır ki, fəaliyyət göstərir. Əsasən “İnstagram”da reklam olunan məkanın adı yeni deyil. Bu barədə az sonra… Gecə klubunda məşhur reperlər tez-tez səhnə alır, çıxış edirlər. Gənclər rəqs edir, əylənir. Buraya qədər hər şey normaldır.


Normal olmayan isə məkanın əslində gecə klubu altında təbliğat makinası olmasıdır. Belə ki, gecə klubunun sahibi bizə yad biri deyil. Buranın sahibi Roşka (Rövşən Süleymanzadə) adı ilə tanınan gəncdir.


Bu sahədə sözünü deyənlərin çoxu onu reper kimi tanımasa da, o, özünün reper olduğunu iddia edir. Roşkanın pornoqrafiyaya çox böyük marağı var. Belə ki, gənc daha əvvəl eynicinslilərin intim münasibətini, pornoqrafiyanı, əxlaqsızlığı təbliğ edən klip ərsəyə gətirmişdi.


Klipin hər bir kadrı, deyilən sözlər təbliğatın dərəcəsini göz önünə gətirirdi. “Baha bala” adlanan trekdə qadınlara seks obyekti kimi yanaşılır, “sağa bax, sola bax, hər yerdə bala var, hamımız üçün var”- deyərək əslində bütün Azərbaycan qadınlarını təhqir edilir. Daha sonra qızlara qiymət də qoyan Roşka əslində fahişəliyin təbliğatını aparır. Mahnıda intim münasibətlərə xas səs effektlərindən də geniş istifadə edilir. Klipə gəldikdə isə azyaşlıların izləməsi üçün uyğun olmasa da, klip üçün 18+ qeydi edilməyib. Üstəlik heç bir qeydiyyat olmadan hər kəs bu videonu izləyə bilər.



Klipə hazırda 2 milyondan çox insan baxıb. Onların yaşları haqqında məlumat yoxdur. Çünki videoya hər kəs baxa bilər, məhdudiyyət qoyulmayıb.

Klipləri ilə istədiyi əxlaqsızlığı yayan gənc görünür ki, bununla da kifayətlənməyib. Özünə “Hot room” adlanan əndirabadi gecə klubu açan Roşka burada da oxşar hal yaratdı. Striptiz şoular, yarıçılpaq qızlar, azyaşlı uşaqların spirtli içki qəbulu… Bütün bunlar “Hot room” adlı, loqosunda belə intim mesaj verən klubda baş verirdi.



Fahişəxana tipli gecə klubu bunun ardından qapandı və indilərdə vaxtı ilə qeyd etdiyimiz kimi adına görə qapadılan “26” – “Twenty six” adlı kafenin yerində fəaliyyətə başlayıb. Maraqlıdır ki, bir kafe adına görə qapadılır, amma yerində striptiz rəqslər göstərən, azyaşlıların içkiyə cəlb olunduğu yer hələ də fəaliyyətdədir.

Bu məkan haqqında bir müddətdir materiallar topladığımız üçün bunu əminliklə deyə bilirik. Məsələn, bu videoda rəqs edənlərin arasına baxın. Heç 15 yaşı belə olmayan uşaq məkanda rəqs edir. Məkan əsasən yüngül əxlaqlı qızların cəlbedici fotoları ilə reklam edilir, müştəri cəlb olunur.



Ərəblərin girişinə icazə verməyən məkan sahibi niyəsə uşaqların klubda spirtli içki qəbul etməsinə icazə verir.

Aidiyatı orqanlar reper kimi özünü təqdim edən Roşka (Rövşən Süleymanzadə) adlı bu gənci diqqət mərkəzində saxlasalar daha yaxşı olar. Pornoqrafiyanı xatırladan kliplər, hər cümləsində mesaj olan mahnı sözləri, qapadılsa da açılan intim gecə klubları… Hamısı da bir nəfər tərəfindən idarə olunur.


Mahnısında narkotik təbliğat sözləri sərf edən reperlər, meyxanaçıların həbs olduğunu ölkəmizdə belə bir şəxsin azadlqılda olması şübhə doğrur. Onu kim himayə edir? Gənclər, uşaqlar arasında əxlaqsızlığı təbliğ edən şəxsə kim bu imkanları yaradır?



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

İnsan hansı orqanlar olmadan yaşaya bilər? - TƏCCÜBLƏNƏCƏYİNİZ FAKTLAR

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Qızı ilə birgə Kürdə boğulan kişinin meyitinin sudan çıxarılma ANI – VİDEO 
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Göbələk xəstəlikləri
Bakıda gecə saatlarında dəhşət: Elnarə vəhşicəsinə öldürüldü