Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13144
az

10 il əmisi arvadı ilə intim əlaqədə olan gənc hamamda onu öldürüb – Bakıda ŞOK olay

16:3413 May, 2019
24835
  • A
 
Bakıda əmisi arvadını öldürməkdə təqsirli bilinən Səməd Məmmədovun (cinayət işində ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oxu24.com  Teleqraf.com  -a istinadən xəbər verir ki, Səməd Məmmədov paytaxtın Pirallahı rayonunda uşaq vaxtlarından birlikdə yaşadığı əmisi arvadı Səbinə ilə gizlin intim əlaqədə olub. Onların münasibəti 10 il davam edib.

Hadisədən bir neçə gün əvvəl Səməd Məmmədov Səbinənin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən əri Sabir Məmmədovla iki günlük uzunmüddətli görüşə gedəcəyi barədə xəbər alıb.

Bunu eşidən Səməd Məmmədovda qısqanclıq hissi oyanıb. Səbinəni həbsxanada ərinə qısqanan gənc məşuq uzun müddət tərgitdiyi spirtli içki içməyə başlayıb.

{banner_reklam}


16 iyul 2018-ci il tarixdə cəzaçəkmə müəssisəsindən evə qayıdan Səbinə ilə mübahisə edib, daha sonra gecəni səhərəcən içki içib. Səhərə yaxın sərxoş vəziyyətdə yaşadığı evə gəlib. Giriş otağında Səbinə ilə yenidən mübahisə edib, otağın pəncərəsini əli ilə vuraraq sındırıb.


Bu videonu da izlə  :Bakıda ŞOK!Motelə çağırdığı fahişə doğma xalası qızı çıxdı


Onlar evin həyətindəki hamamda münaqişəni davam etdiriblər.

Səməd Məmmədov əmisi arvadına onu qadın kimi çox istədiyini, ərinin yanına gedərək uzunmüddətli görüşdə olmasını qısqandığını və bunu unutmaq üçün çoxlu spirtli içki qəbul etdiyini deyib. Bu sözlərə baxmayaraq, Səbinə onun sevgisinə laqeyd yanaşıb, həmçinin spirtli içki qəbul etməsinə iradını bildirib.

Bundan qəzəblənən Səməd Məmmədov arvadının baş nahiyəsinə yumruqla zərbə vurub, sonra onu itələyərək yerə yıxıb. Başı beton divarına dəyməsi nəticəsində qadın ölüb.

İstintaq orqanı tərəfindən Səməd Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Səməd Məmmədov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Səməd Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Səməd Məmmədov qeyd edib ki, 9 yaşından əmisini evində, onun ailə üzvləri ilə yaşayıb. Balıqçılıqla məşğul olan gənc əlavə edib ki, hadisə baş verən günü spirtli içki qəbul edib. Bu səbəbdən əmisi arvadı ilə mübahisə edib, mübahisə zamanı onu itələyib, qadının başı yerə dəyərək ölüb.

Şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim heyəti sonda qərar açıqlayıb. Səməd Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.

Həmçinin oxu:  Azərbaycanlı qızın Dubayda çılpaq videosu yayıldı-VİDEO


{banner_reklam} Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Boşandığı arvadını zorlayan kişi həbs edilib (18+)
Müəllimə dərsdə olan vaxt onun haqda ölüm kağızı verilib - ŞOK VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir