Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13000
az

Qətlə yetirilən kriminal avtoritetin qaranlıq keçmişi: 5 uşaq atasının qətlində adı hallanıbmış

14:5310 May, 2019
9334
  • A
 

Dünən gecə  Bakının Binəqədi rayonunda  "Emin  444" ləqəbli kriminal  avtoritet  Səfərov Emin Ehtiram oğlunun qətlə yetirilməsi barədə məlumat vermişdik.İlkin məlumata görə, meyitin  üzərində  40-a yaxın bıçaq yarası aşkarlanıb. Bu isə onun xüsusi amansızlıqla və şəxsi münaqişə zəmnində öldürülməsinə işarədir.

Oxu24.com qətlə yetirilən şəxsin kriminal keçmişi ilə bağlı maraqlı məlumat əldə edib. Məlumata görə, onun adı  2013-cü ildə Nərimanov rayonu, Faiq Yusifov küçəsindəki 57 saylı  binanın qarşısında  Vüqar Orucovun bir qrup şəxs tərəfindən qətlə yetirildiyi hadisədə hallanıb. Həmin vaxt qətlə yetirilən şəxsin anası A.orucova mətbuata müraciətində ooğlunun qətlində Emin Səfərovun da iştirak etdiyini ancaq saxta sənədlə xəstəxanada yataraq məsuliyyətdən yayındığını bildirmişdi.Qadının iddiasına görə, hadisə 28 yanvar 2013-cü il tarixdə baş verib. Hadisə ilə bağlı 5 məhkəmə prosesi keçirildikdən sonra 1 dekabr 2013-cü ildə qatil Səfərov Emin Ehtiram oğlu 1 saylı Psixiatrik Xəstəxanaya yerləşdirilib.


Həmçinin oxu:  Bakıda kriminal avtoritetin başı kəsilib -Şok təfərrüat+Video


Gözüyaşlı ana yazır ki, bu  yolla  oğlunun qatilini  məsuliyyətdən kənar saxlamaq istəyiblər:

“Psixi xəstəxanada həkimi Bilal Əsədovdur. Bu adam ora yerləşdirilməzdən  2  gün əvvəl məhkəmədə  danışığını  bilirdi. Hadisə  zamanı  tam anlaqlı vəziyyətdə olub. Emin  Səfərov  2 günə ruhi xəstəxanaya aparılır və bu ərəfə də ölüm işi boynunda qalan Münasib Xəlilovun dindirilmə zamanına düşdü. Emin Səfərovun məhkəmə prosesində olmadığı üçün Münasib Xəlilov dindirilmədən proses təxirə salındı. Çünki 11 aydır ki, törədilmiş ağır cinayət işinin üstü məhz Münasib danışdıqdan sonra açılacaqdır və buna da Eminin psixiatrik xəstəxanaya düşməsi mane oldu. Emin Səfərov heç vaxt ruhi dispanserin qeydiyyatında olmayıb və heç bir ruhi xəstəliyi barədə də şikayəti olmayıb. Hadisəni törətdiyi zaman tam anlaqlı vəziyyətdə olduğu məhz adıçəkilən xəstəxana tərəfindən təsdiqlənib və ittiham aktında da qeyd olunub. Qəsdən adam öldürən, qəsdən sağlamlığa ağır xəsarət yetirən, 3-cü şəxsi yaralamağa cəhd edən, ən nəhayət, 5 körpə uşağı atasız qoyan Səfərov Emin Ehtiram oğlu öz törətdiyi cinayət əməlindən canını 1 saylı Psixiatrik Xəstəxanasının həkimi Bilal Əsədovun əli ilə qurtarmağa çalışır”.


{banner_reklam}

Beləliklə həmin hadisə zamanı Emin Səfərov ruhi xəstə kağızı ilə məsuliyyətdən yayına bilmişdi. Buna baxmayaraq onun adı başqa cinayət əməllərində də hallanıb.O,  "qanunsuz silah gəzdirmə" maddəsilə məhkum edilmiş.

Oxu24.com qətlə yetirilən Emin Səfərovun fotolarını unikl.orq saytına istinadla təqdim edir:



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Üç bürcə XƏBƏRDARLIQ: Mayın ikinci həftəsi sizin üçün çətin olacaq

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ