Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12998
az

ABŞ-da arvadını öldürən Fuad Paşayev həbsdə intihar etdi

13:1410 May, 2019
602
  • A
 
Bu ilin aprelində ABŞ-ın Viskonsin ştatında həyat yoldaşı, 23 yaşlı ukraynalı Tatyana Qujvanı qətlə yetirən Azərbaycan vətəndaşı Fuad Paşayev özünü öldürüb.

“Qafqazinfo”nun “nbc15” portalına istinadən verdiyi xəbərə görə, 31 yaşlı Paşayev mayın 6-da axşam saat 23:00 radələrində saxlanıldığı təcridxanada nəzarətçilər tərəfindən ölü tapılıb.

Viskonsin-Dels şəhərinin polis departamentinin məlumatına görə, F. Paşayev kamerada tək saxlanılıb. Onun intihar etdiyi bildirilir.

Xatırladaq ki, T. Qujvanın meyiti aprelin 4-ü axşam saatlarında Vaşinqton bulvarında yerləşən evdə tapılıb. Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. Belə ki, o zaman da zərərçəkmiş Tatyana olub.

Qeyd olunur ki, T. Qujva hələ yanvarın 3-də polisə müraciət edərək  Paşayevin onu öldürəcəyindən qorxduğunu deyib. O bildirib ki, birlikdə yaşadıqları üç il ərzində Paşayev alkoqollu içkilər qəbul edib və dəfələrlə onu döyüb.

Cütlüyün iki yaşlı qızı var. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın sevgilisinə yazdığı mesajı oğluna göndərdi - Azərbaycanda dəhşətli cinayət
Göygöldə iki bacı dəm qazından zəhərlənib
Bakıda zəncirvari qəza - Xəsarət alan var - FOTO

Bakıda kafedə ÖLÜM

18+

Terrorçularla bağlı dəhşətli video yayıldı - Əsəbi zəif olanlar baxmasın!
Tovuzda kişi sağ ola-ola özünə qəbir qazdırdı (VİDEO)
Bağırsaq xərçəngini yaradan faktor aşkarlandı
Bakıda kafedə ÖLÜM